İnsult öz gəlişini belə xəbər verir 

14:40 14-02-2019 | icon 542 | Sağlamlıq
İnsult öz gəlişini belə xəbər verir 

 

Beyin qan dövranı pozulmasının ağır patologiyası olan insult 2 cür olur: işemik - hemorragik. İşemik insult daha geniş yayılıb və beyindəki arteriyaların bloklanması nəticəsində baş verir.

 

Dünyada insan ölümünə səbəb olan birinci yerdə olan insult beynin lazımi qədər qan və oksigen almaması ilə başlayır.

 

Tibb və elm insultun qəfildən gəlib, insanı hazırlıqsız yaxalaması barədə məlumat verir. 

Lakin xəstənin anamnezi, bir çox araşdırmalar göstərdi ki, insult heç də qəfildən gəlmir, ən azı 1 ay, 2 həftə öncədən bəzi simptomlarla, bədəndə dəyişikliklərlə özünü göstərir. 

Versus.Az medicina.az-a istinadən insultun xəbərdaredici simptomlarını təqdim edir. Xüsusən şəkərli diabet, yüksək təzyiqi olanlar bunlara diqqətli olsunlar.

 

 

1. Əvvəlkindən daha çox yuxululuq, apatiya
2. Qəfi, səbəbsiz yorğunluq
3. Bədən hərarətinin enub-qalxması
4. Başgicəllənmələr, miqrenəbənzər tutmaların artması

5. Təzyiqin qəfil qalxıb-enməsi
6. Nitqdə bəzi dəyişikliklər, sözlərin tələffüzündə qəribəlik, nitqin ləng olması
7. Dadbilmə, qoxubilmənin itməsi
8. Dəridə, əl-ayaqda uyuşmalar
9. Dəridə hissiyatın pozulması

10. Səslərə qarşı həssaslıq
11. Görmədə ikilik
12. Yaddaşın pozulması, adların xatırlana bilməməsi, əşyaların yerini unutmaq, insanları tanımamaq
13. Yerişdə dəyişiklik, tez-tez səngirləmək

Əgər sizdə bu simptomlardan azı 5-7-si varsa, təcili nevroloqa müraciət edib, baş-beyni yoxladın.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…