Laçına köçürülən əhali üçün təlimlərə BAŞLANILDI

20:45 01-06-2023 | icon 408 | Qarabağ
Laçına köçürülən əhali üçün təlimlərə BAŞLANILDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən davamlı olaraq həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) təlimləri əhalinin işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşması, sağlam mühitin yaradılmasında əhəmiyyətli rol oynayır.

 

ANAMA-dan verilən xəbərə görə, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı çərçivəsində köç edən sakinlərə ANAMA tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimlərinə başlanılıb:

 

“Laçın rayonuna geri dönən sakinlərin iştirak etdiyi təlimlərdə mina təhlükəsinin izahı, şübhəli ərazilərin əlamətləri, tanış olmayan ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları, eləcə də partlayıcı qurğuların törədə biləcəyi xəsarətlər barədə məlumat verilib. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşür və posterlər paylanılıb. Hər bir vətəndaş bilməlidir ki, öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə baş verə biləcək mina hadisələrindən həm özünü, həm də yaxınlarını qorumuş olacaq. Unutmayaq ki, partlayıcı qurğular insanlar arasında heç bir fərq qoymur!”

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI