Beynəlxalq Muğam Mərkəzində 

14:45 14-02-2019 | icon 418 | Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində 

 

Versus.Az xəbər verir ki, bu gün Beynəlxalq Muğam Mərkəzi gənc istedadların aşkar edilməsi üzrə daim həyata keçirdiyi proqram çərçivəsində Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin iştirakı ilə "We Are The World"  konsert proqramını təqdim etdi.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutan konsertdə məktəbin "Renessans", "Cırtdan","Divizi" xorları, "Melody" vokal qrupu, vokal və estrada oxuma ixtisasları üzrə təhsil alan şagirdlər Nigar Seyidova, Tahirli Eldar, Nəbiyev Fuad, Emin Məmmədov, Aleksey Burda, Tahirli Firuzə Azərbaycan bəstəkarlarının, eləcə də xarici ölkə bəstəkarlarının müxtəlif janrlarda yazılmış əsərlərini səsləndiriblər. Gecədə ifaçıları məktəbin "Hotplay" musiqi qrupu müşayiət edib.

İstedadlı gənclər öz ifaları ilə tamaşaçıların böyük rəğbətini və alqışlarını qazanıblar.

 

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol