Diniyev ikinci oğlunu da komandasına aparır


Coşqun Diniyev “Zirə”dən ayrılıb.
27 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə vidalaşıb. Tərəflər başa çatan müqaviləni yeniləməyiblər.
Təcrübəli oyunçunun yeni ünvanı da böyük ölçüdə bəllidir. Coşqun Diniyev karyersını “Səbail”də davam etdirməyə yaxındır.
“Dənizçilər”in baş məşqçisi Şahin Diniyev hələ qış fasiləsindən onu sərəncamında görmək istəyir. Çalışdırıcı yarımmüdafiədə oyunu məhz Coşqunun üzərində qurmaq istəyir.
Qeyd edək ki, Coşqun Diniyev Şahin Diniyevin oğludur. Mütəxəssisin digər oğlu Kərim Diniyev də “Səbail”də çalışır. O, baş məşqçinin köməkçisidir.
Xəbər lenti

Xəstələrə dərmanlar pulsuz veriləcək?
Reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə...