Milli Məclisin yaz sessiyası bitdi

17:40 02-06-2023 | icon 225 | Siyasət
Milli Məclisin yaz sessiyası bitdi

Deputatlar nələri müzakirə edə bilmədilər?

 

May ayının 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. İclasda çıxış edən parlamentin spikeri Sahibə Qafarova sessiyanın yekunlarına aid məlumatında ötən dövrdə 14 iclas keçirildiyini, 91 qanun layihəsinin qəbul edildiyini söyləyib. Bu qanun layihələrindən biri yeni, 72 qanun layihəsi isə dəyişiklik edilən sənədlər olub. 18 beynəlxalq müqavilə parlament tərəfindən təsdiq olunub.

 

Sahibə Qafarova qeyd edib ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib.

 

Versus.Az xatırladır ki, parlamentin 2023-cü il yaz sessiyasının gündəliyinə daxil edilmiş yeni hazırlanan qanun layihələri aşağıdakılardır:

 

- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

- Rəqabət Məcəlləsinin layihəsi;

- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

- “Ali təhsil haqqında” qanun layihəsi;

- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi.

 

Qeyd olunan qanun layihələrinin heç biri plenar iclasda müzakirəyə çıxarılmayıb. Lakin parlamentin Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi ilə əlaqədar, Elm və təhsil komitəsi isə Elm və Təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirib.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində hazırlanan “Kosmik fəaliyyət haqqında” qanun layihəsi isə ancaq birinci oxunuşdan keçib, layihənin müzakirəsi yarımçıq qaldığından növbədənkənar sessiyada müzakirəsinin davam etməsi gözlənilir.

 

2023-cü ilin yaz sessiyasında yeni hazırlanan, plenar iclaslarda müzakirə edilən və hər üç oxunuşdan keçərək, qəbul edilən yeganə “Elektroenergetika haqqında” qanun layihəsi olub. Bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şəhidlərimizə borcumuz əbədidir”

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Xalqın inamını fəth edən liderə TƏBRİK

Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

İraq türkləri də çox böyük üzüntü içərisindədir

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

Ermənistana verilən LİMİT BİTDİ

"Fibromialgiyaya qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

Biz kimik, öz dəyərimizi bilirikmi?

Bərdədə yaşayış binasında PARTLAYIŞ

Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

“Haber Global” Qənirə Paşayevanın dəfnindən süjet hazırladı

Xocavənddə erməni terrorçunun abidəsi də belə getdi

Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin SAYI

erməni sakinlər üçün növbəti yanacaq göndərilib