Nəbi Xəzrinin yaradıcılığına həsr olunmuş konsert keçirilib

15:04 14-02-2019 | icon 382 | Mədəniyyət
Nəbi Xəzrinin yaradıcılığına həsr olunmuş konsert keçirilib

 

Versus.Az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində növbəti konsert keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində keçirilmiş konsert xalq şairi, nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəbi Xəzrinin yaradıcılığına həsr olunmuşdu.

 

Konsertdə Xalq artistləri Gülyaz Məmmədova "Çinar", Teyyub Aslanov "Nar ağacı", Əməkdar artistlər Almaz Orucova "Qəlbimdə qaldın", Zakir Əliyev "Təkcə ümid qalsın", Azərbaycan Televiziyası və Radiosunun solistləri - Kamilə Nabiyeva "Naçar gedər",Zabitə Alıyeva "Güllərim", Bəyimxanım Vəliyeva "Mavidir", Sərxan Bünyadzadə "Külək", Günay İmamverdiyeva "Mənim ürəyim" və müğənni Nadir Qafarzadə "Səhər-səhər"mahnılarını ifa ediblər.

Konsert proqramı Teyyub Aslanov, Zakir Əliyev, Nadir Qafarzadə və Sərxan Bünyadzadənin birlikdə ifa etdikləri "Möcüzələr adası"k/f-dən "Coş dənizim" mahnısı ilə yekunlaşıb.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edib. Konsertin aparıcısı Əməkdar artist Rəşad İlyasov olub.

 

Tamaşaçıların böyük maraqla izlədiyi konsert alqış sədaları altında yekunlaşıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirdiyi möhtəşəm yaradıcılıq layihələri davam edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR