Səudiyyə Ərəbistanında futbol klubları özəlləşdirilir

11:07 06-06-2023 | icon 213 | İdman
Səudiyyə Ərəbistanında futbol klubları özəlləşdirilir

Səudiyyə Ərəbistanının dörd futbol klubu - “Əl-Əhli”, “Əl-İttihad”, “Ən-Nəsr” və “Əl-Hilal” vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun bazar ertəsi elan etdiyi investisiya layihəsi çərçivəsində gələcək özəlləşdirmə üçün şirkətlərə çevrilib.

 

Bu barədə Səudiyyə Ərəbistanı Suveren Fondunun bəyanatında deyilir.

 

Sənəddən göründüyü kimi, fond dörd klubun hər birində 75% paya sahib olacaq. “Əl-Əhli”, “Əl-İttihad”, “Ən-Nəsr” və “Əl-Hilal”ın sahiblik strukturunda qalan 25% pay klubların hər biri üçün yaradılmış ayrıca qeyri-kommersiya fonduna keçəcək.

 

Layihə müəlliflərinin fikrincə, bu, ölkənin futbol klublarının bazar dəyərini 8 milyard riala (təxminən 2,1 milyard dollar) çatdıracaq, həm də ölkə çempionatının dünyanın ən yaxşı 10 futbol liqası sırasına daxil olmasına imkan yaradacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin