Polisə müqavimət göstərildi

11:21 06-06-2023 | icon 227 | Hadisə
Polisə müqavimət göstərildi

Bərdədə polisə müqavimət göstərilib, xəsarət alan var. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə RPŞ-yə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilib. Onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib.

 

Polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilib. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib, digəri isə saxlanılıb.

 

Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuana və bir ədəd bıçaq götürülüb.

 

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol