Məktəb yaxınlığında qəza

10:33 07-06-2023 | icon 369 | Hadisə
Məktəb yaxınlığında qəza

Avtobusdan düşən şagirdi maşın vurdu

 

Bakı şəhərində avtomobil məktəbli qızı vurub. Hadisə Parlament prospektində baş verib. 

 

Ətrafdakı insanların sözlərinə görə, 205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaq üçün ayrılmış zolaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobil avtobusu sağdan ötməyə çalışıb və marşrut avtobusundan düşən məktəbli qızı vurub. 

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisə prospektdə yerləşən 20 nömrəli məktəb-liseyin qarşısında baş verib:

 

“Məktəbli vurulub və xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı