İtaliya vətəndaşı Azərbaycan hökuməti və xalqından üzr istədi

15:20 14-02-2019 | icon 118 | Siyasət
İtaliya vətəndaşı Azərbaycan hökuməti və xalqından üzr istədi

 İtaliya vətəndaşı Culiyano Bifolki Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"ndan çıxarılmasını xahiş edib.

 

Versus.Az Milli.Az-a istinadən xəbər verir ki, XİN-in mətbuat xidmətindən verilən məlumata görə, məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını qeyd edib.

 

C.Bifolki Azərbaycanın ərazilərinə səfərinin bu bölgədə yaradılan və uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan qanunsuz rejimin təşviqinə heç bir halda xidmət etmədiyini müraciətində xüsusilə vurğulayıb. Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən C.Bifolki gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının "Arzuolunmaz şəxslərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

 

C.Bifolkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Prezident sərəncam imzalayıb

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

Deputat İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər