Hakim partiya "Bismillah"-la başlayacaq

15:54 14-02-2019 | icon 333 | Cəmiyyət
Hakim partiya "Bismillah"-la başlayacaq

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının "Bismillah" mahnısı martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki təbliğatı üçün seçilib.

 

Versus.Az AzNews.az-a istinadən bildirir ki, müğənni, bundan qürur duyduğunu bildirib:

 

“Mənim “Turan ellər var olsun” mahnım Türkiyə prezidenti və AKP partiyasının lideri Rəcəb Tayyib Ərdoğanın seçki təbliğatı zamanı televiziyalarda nümayiş olunan kliplərində istifadə olunub. Bununla bağlı həmişə mənə təşəkkür edirdilər. Elə oldu ki, "Diriliş Ertuğrul" serialının çəkilişində bu mahnıları, eləcə də mənim özümün həmin serialda çəkilməyimi istədilər. Mən də razılaşdım. Onlar mənə seçkiyə uyğun şeir göndərdilər. Yazıb göndərdim və bəyənib qəbul etdilər. Əlbəttə, bu yaradıcı şəxs kimi məni sevindirməyə bilməz. Böyük uğurdur. Türkiyə kimi böyük dövlətin seçki təbliğatı mənim ifamda və musiqisi mənə aid olan mahnı altında aparılacaq”.

 

Şəmistan Əlizamanlı Rəcəb Tayyib Ərdoğanla görüşmədiyini deyib:

 

“Ərdoğan Azərbaycan dövlətinin böyük dostudur. Bizim üçün fəxrdir ki, AKP mənim mahnımla təbliğata gedir. Bu, Azərbaycan mədəniyyətinin uğurudur. Azərbaycan bütün sahələrdə olduğu kimi mədəniyyətdə də Türkiyə ilə birgə addımlayır”.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR