“Qurtuluşa gələn yol qayıdışdan başlayır”

13:30 15-06-2023 | icon 593 | Siyasət
“Qurtuluşa gələn yol qayıdışdan başlayır”

Siyavuş Novruzov: “Ölkədə azad, ədalətli, demokratik seçki sistemi quruldu”

 

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Ataturkün dediyi - “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlmələri bu gün böyük türk sərkərdəsinin sələfi tərəfindən böyük qürur hissi ilə həyata keçirilir. Azərbaycan “ulu öndər Heydər Əliyev ilində, həm də Qurtuluş Gününün 30-cu, Şuşa Bəyannaməsinin 3-cü ilini qeyd edir. “2023-cü il Heydər Əliyev ili”ndə Qurtuluşun və Şuşa Bəyannaməsinin ildönümlərinin Türkiyə ilə birlikdə qeyd olunması dünyaya  daha hansı mühüm mesajlardan xəbər verir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Siyavuş Novruzov bu təqvimin əhəmiyyətinə diqqət çəkib.

 

- 15 iyun “Qurtuluş Günü” nə gedən yol nədən başlayır, xalqımız üçün hansı əhəmiyyətə malikdir? 

 

- “Qurtuluş günü” Azərbaycan xalqının tarixinə yazılmış ən gözəl, müstəqilliyə bərabər günlərdən biridir. Çünkü qurtuluş olmasaydı, müstəqilliyimizi saxlamaq mümkün deyildi. Qurtuluşa gələn yol isə qayıdışdan başlayır. Ulu öndərin yenidən Bakıya qayıtması ölkə daxilində hərcmərçiliyin, vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Ölkədə qan tökülmədən hüquqi, demokratik dövlətin qurulmasına başlandı. Ulu öndər elə bir siyasəti həyata keçirtdi ki, Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələrindən birinə dönüşdü. Bu gün Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib. Azərbaycanın prezidenti Azərbaycanı bütün beynəlxalq tədbirlərdə çox  yüksək səviyyədə  təmsil eidr. Çünki bu gün onun arxasında Azərbaycan xalqı dayanıb. O Azərbaycan xalqının arxalanaraq, onun adından danışaraq bütün dünyada Azərbaycanın maraqlarını müdafiə edir. Ulu öndərin gördüyü işlərin ən böyüyü və ən önəmlisi hakimiyyətin sivil yolla gələcək nəsillərə ötürülməsi və hakimiyyətin, dövlətin gücləndirilməsi idi. Bu da ölkədə azad, ədalətli, demokratik seçki sisteminin qurulması ilə tənzimləndi. Ulu öndər gələndən sonra qeyri qanuni, silahlı yolla hakimiyyətə gəlmək istəyən qüvvələrin qarşısını aldı. Artıq hakimiyyyətin mənbəyi xalqdır, xalq kimi istəyirsə, onu da seçir.

 

 

- 15 iyun tarixi “Şuşa Bəyannaməsinin” imzalanması ilə Azərbaycan-Türkiyə müttəfiqliyinin zirvəsi kimi mühüm tarixi hadisələrdən biri kimi də qeyd olunur. Şuşa Bəyannaməsi ölkələrimizə nələri vəd edir?

 

- “Şuşa Bəyannaməsi” Qars müqaviləsinin 100 illiyi ərəfəsində Şuşada bağlandı. “Şuşa Bəyannaməsi”nin qəbul olunması Qarabağın, Şərqi Zəngəzururn, Naxçvanın və digər bölgələrin tam təhlükəsziliyni təmin edəcək bir sənəddir. Bu gün Şuşa Bəyannaməsində göstərilən müddüəlara əsasən tək Azərbaycan deyil, Türkiyə də bu təhlükəsziliyin qarantıdır. Necə ki, Qars müqaviləsi Naxçıvanın qarantı idi, indi də həm Şuşanın, Qarabağın, Şərqi Zəngəzurun təhlükəsizliyi məsələsinsə qardaş Türkiyənin də xidmətləri var. Ona görə də bu çox müühüm bəyannamədir. Gələcəkdə bu sənəd haqqında daha geniş yazılacaq, nəticəsi daha aydın görünəcək. Ona görə də bu sənəd Azərbaycan xalqının Türkiyə ilə birlikdə dünyaya bir mesajıdır. Dünyaya göstərdik ki, biz qardaşıq, biz birik, ulu öndərin dediyi kimi, biz “bir millət iki dövlətik”. Bu gün Türkiyə prezidentinin belə bir ərəfədə Azərbaycana səfəri isə, Atatürkün dediyi -“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”-sözlərini bir daha qüvvətləndirdi.

 

- Şuşa Bəyannaməsi ilə Türkiyənin Azərbaycan ərazilərinin təhlükəsizliyinin qorunmasında bir qarant rolunda çıxış etdiyini qeyd edərək, hələ bunun nəticələrinin gələcək zamanlarda daha aydın görünəcəyini qeyd etdiniz. Bu birliyimiz sülhməramlıları ilə qarşıda dayanan Rusiya faktorunu necə aşacaq. Rusiya Azərbaycana qarşı təhdidlə davransa, Şuşa Bəyannaməsinə əsasən Qarşısında Türkiyəni görə biləcəkmi?

 

- Qeyd edim ki, Azərbaycanla Rusiya arasında da müttəfiqlik sazişi imzalanıb. Bu gün Azərbaycanın prezidenti bütün qonşu dövlətlərlə çox gözəl münasibətlər qurub. Əfsuslar olsun ki, İran bu münasibətlərə adekvat cavab vermir. Amma qalan dövlətlər, o cümlədən də Rusiya bu münasibətlərə adekvat cavab verir. Eyni zamanda Azərbaycanın qoyduğu hər hansı bir məsələ Rusiya tərəfindən həl olunur. Ona görə də Rusiyanın Azərbaycana qarşı hansısa təhdidlər törətdiyini söyləyə bilmərik. Birincisi, Ruiyanın bugünkü vəziyyəti elədir ki, o təhdid göstərəndən daha çox, kömək istəyən dövlətdir. Bu gün Rusiyanın daha çox dəstəyə ehtiyacı var. Əslində Rusiya tək Ukrayna ilə deyil, Avropa, dünya ilə vuruşur. Ona görə də Rusiyanın elə bir imkanı yoxdur ki, hər hansı məsələ ilə bağlı Azərbaycanla təhdid dilində danışsın. Digər bir tərəfdən, Ermənistanda gedən proseslər onu göstərir ki, Ermənstan bu məsələlərin bitməsini və sülh müqaviləsinin imzalanmasını istəyir. Çünki yeganə dayağı olan Rusiya yanında yoxdur və ona Avropadan ümumi bəyanatlardan başqa elə bir dəstək gəlmir və Azərbaycan Türkiyə münasibətlərinin strateji zirvəsi  bütün yolların açılması, iqtisadi əlaqələrin qurulması Ermənistanın inkişafı deməkdir.

 

- Amma üçtətəfli sazişə əsasən Rusiya Azərbaycana verdiyi öhtəliyi yerinə yetirmir. Rusiya öhtəlikləri yerinə yetirmək əvəzinə, separatçıların Qarabağda keçirdiyi hərbi təlimləri izləyir...

 

- Üç dövlətin liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan sənəd mühüm əhəmiyyətə malikdir. Bu saziş elə bir vaxtda imzalanıb ki, Ermənistn ondan heç yana qaça bilməz. İstər Ermənistanın, istərsə də Rusiyanın bu müqavilədən yan keçməsi, imtina etməsi mümükün deyil. O baxımdan  hesab edirəm ki, bu məsələlər mərhələ-mərhələ öz həllini tapacaq. Müharibə təzə qurtarıb və təbii ki, müharibədən qalan bütün məsələlərin qısa bir zamanda tam həll olunması mümükün deyil.  Amma tədricən yavaş yavaş öz həllini tapacaq. Bunun üçün ilk növbədə regionda insanların bir-birinə etimadı yaranmalı, sərhəd buraxılış məntəqəsində gediş-gəliş probem yaratmamalıdır. Bu gün Laçında postlardan keçən ermənilər Azərbaycan əsgərinə etibar edirlər. Proseslər özü erməni silahlılarının Azərbaycan ərazisindən çxmasını təmin edəcək. Prezident qeyd elədi ki, kim təslim olacaq o əfv olunacaq, kim təslim olmayacaq onun haqqında ölçü götürüləcək.

 

- Rəcəb Tayyib Ərdoğanın prezident seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsi dünyaya verilən hansı mesajdır, əhəmiyyəti nədir?

 

- Türkiyə prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti çox böyükdür. Qısa şəkildə deyə bilərik ki, bu səfər region, eləcə də, dünya birlikləri qarşısında iki qardaş, dost dövlətin yenidən əl-ələ tutaraq bir olması və bütün çətinlikləri birgə adlaması ilə bağlı verilən mesajlardır.

Türkiyə Prezidentinin Bakı səfəri bəyan etdi ki, Türkiyə-Azərbaycan regionun sülh və təhlükəsizliyi istiqamətində burgə addımlayır, güclüdür, sarsılmazdır. O cümlədən Qarabağın tam təhlükəsizliyinin, Zəngəzur dəhlizinin açılmasının qarantıdır. 

Qeyd etmək lazımdır ki. Türkiyədə keçirilən seçkilər dünyada çox böyük maraqla izlənirdi. Biz bu gün sevinirik ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni prezidentidir və o, ilk səfərlərini Azərbaycana etdi. Bu, Türkiyə-Azərbaycan arasındak dostluq və qardaşlığın zirvəsi, strateji əməkdaşlığımıza Şuşa Bəyannaməsi üzərindən növbəti baxış imkanlarının açılmasıdır. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı