Səfirimiz qətərli nazirlə görüşüb

17:28 14-02-2019 | icon 414 | Siyasət
Səfirimiz qətərli nazirlə görüşüb

 

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov yeni təyin olunmuş Qətər Dövlətinin İnzibati inkişaf, Məşğulluq və Sosial əlaqələr naziri Yusif bin Məhəmməd Əl-Osman Faxru ilə görüşüb.

 

Versus.Az  xəbər verir ki, səfir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində həyata keçirilən islahatlar barədə naziri məlumatlandırıb. Azərbaycan və Qətər arasında əmək, sosial müdafiə və məşğulluq sahələri üzrə mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edən səfir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

 

Qətərlə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayan Yusif bin Məhəmməd Əl-Osman Faxru əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, qarşıdakı dövrdə əlaqələrin genişləndirilməsi üçün nazirlik tərəfindən səylərin göstəriləcəyini vurğulayıb.

 

Görüşdə iki ölkə arasında əmək və əhalinin sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı