Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin görəcəyi işlərdən danışdı

15:26 15-02-2019 | icon 420 | Cəmiyyət
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin görəcəyi işlərdən danışdı

Sosial Tədqiqatlar Mərkəzinin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə Strateji Araşdırmalar Mərkəzində (SAM) daxili siyasət üzrə çalışan insanlardan ibarət olacaq. Qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik.

 

Versus.Az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, STM-in yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib. Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv dəstək vermək, xalq qarşısında daha hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir:

 

"İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir. Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq. İstər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir. Eyni zamanda, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xəttinə yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşə malik istənilən fikirf adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq".

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli fərmanı ilə Sosial Tədqiqatlar Mərkəzi yaradılıb. Zahid Oruc Mərkəzin İdarə Heyətinin sədri təyin edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür