Deputat Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən danışdı

13:48 16-02-2019 | icon 365 | Siyasət
Deputat Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən danışdı

 

"Fevralın 15-də Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, Azərbaycan və Çeçenistan xalqları arasında tarixin çox dərinliklərindən gələn və çoxsaylı sınaqlardan keçən dostluq və qardaşlıq münasibətləri mövcuddur: "Bu münasibətləri heç kəs sarsıda biməz, ona zərbə vura bilməz. Ən yaxın siyasi tariximizin çətin dövrlərində də sübut olunub ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər. Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli oldu. Azərbaycanlılar da Şimali Qafqazda yaşayan çoxsaylı xalqlarla ənənəvi dostluq münasibətlərini daima inkişaf etdirərək diqqət mərkəzində saxlayıblar".

H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə münasibətlərin dərinləşməsinə böyük diqqət göstərir: "Elə Çeçenistan Prezidenti Ramzan Kadırov da daxil olmaqla, qonşu subyektlərin hamısının rəhbərləri ilə Azərbaycanın xüsusi münasibətləri var".

Millət vəkili vurğulayıb ki, məişət zəminində hadisəni milli münaqişə kimi təqdim etmək olmaz:

"Elə azərbaycanlıların da öz aralarında münaqişə zəminində Moskvada və Rusiyanın digər yerlərində bir-birinə xətər yetirdiyi, hətta ölümlə nəticələnən cinayət hadisələri törətdiklərini bilirik. Ancaq mən məsələnin bir başqa aspektinə də diqqəti yönəltmək istəyərdim. Bu, məişət hadisəsinə milli münaqişə rəngi verməkdə maraqlı olan üçüncü qüvvələr ola bilər. Məsələnin xoşagəlməz tərəfi də budur".

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

“Fənərbağça” rəhbərliyindən U19 komandasını sevindirəcək sürpriz

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək