"Azərbaycanlılarla çeçenlər tarixən dost və mehriban qonşu olublar"

14:19 16-02-2019 | icon 462 | Siyasət
"Azərbaycanlılarla çeçenlər tarixən dost və mehriban qonşu olublar"

 

Müəyyən siyasi dairələrin Moskvada azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insidentdən məqsədli şəkildə şou yaratmaq cəhdləri qəbuledilməzdir.

 

Versus.Az Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

 

Millət vəkili bildirib ki, azərbaycanlılarla çeçenlər tarixən dost və mehriban qonşu olublar: "Bizi tarixən mehriban qonşuluq əlaqələri birləşdirir, bizim dini bağlılığımız var, eyni zamanda, mədəniyyətlərimiz oxşardır. Biz əsrlərlə çiyin-çiyinə yaşamış, dostluq əlaqələrinə malik olmuşuq. Bu, indi də belədir".

E.Nəsirov qeyd edib ki, Azərbaycan Rusiya Federasiyasının bir çox subyektləri, o cümlədən Çeçenstan Respublikası ilə əməkdaşlıq əlaqələrinə malikdir, iki ölkə arasında rəsmi səviyyədə münasibətlər çox yüksəkdir:

"Həmçinin Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında çox sıx dostluq münasibətləri var. Dövlətlərimiz, dövlət başçılarımız, xalqlarımız dost olduğu bir halda heç kim bizim aramıza girə bilməz. Kimsə buna cəhd etsə, dərhal cavabını alar. Ona görə də məişət zəminində baş vermiş bu xoşagəlməz hadisəyə başqa don geyindirmək düzgün deyil. Burada heç bir halda iki xalq arasında toqquşmadan söhbət gedə bilməz. Bu, sadəcə olaraq məişət zəminində baş vermiş anlaşılmazlıqdır, kriminal hadisədir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı