Böyrək xərçənginin gecə görünən simptomu
15:45 19-07-2023
|
489 |
Sağlamlıq
Bütün xəstəliklərin özünəməxsus simptomları var. Onkoloji xəstəliklər çox zaman gecələr, yatanda hiss olunur.
Gecələr baş verən güclü tərləmə nəzarətdən kənar qalmamalıdır. Gecə baş verən böyrək xərçənginin simptomu gecə həddindən artıq tərləmələr ola bilər.
Xərçəng Araşdırmaları Mərkəzinin nümayəndələrinin sözlərinə görə, böyrəklər, onurğanın hər iki tərəfində, qabırğaların bir az altında yerləşən iki kiçik orqan olub, sidikə çevrilən tullantıları və artıq mayeni qandan çıxarmaqdan məsuldur.
“Böyrək xərçəngi orqandakı anormal hüceyrələr nəzarətsiz bir şəkildə bölünməyə və böyüməyə başladıqda meydana gəlir. Statistikaya görə, kişilər qadınlara nisbətən bu xəstəlikdən daha çox əziyyət çəkirlər və siqaret, artıq çəki və ya piylənmə onun inkişaf riskini artırır.
Çox ağır tərləmə tez-tez gecə baş verir. Bundan əlavə, yüksək hərarət və ya qızdırma ilə müşayiət oluna bilər. Belə tərləmənin bütün halları xərçəngdən qaynaqlanmasa da, gecə görünməyə başladığını yoxlamaq vacibdir.
Mütəxəssislərin diqqət yetirməyi tövsiyə etdiyi digər simptomlar:
• Arxada, qabırğaların altında şişkinlik, sərtləşmə.
• Qabırğalar və bel arasında keçməyən ağrı
• İştahsızlıq.
• çəki itkisi.
• Yorğunluq və ya enerji çatışmazlığı hissi.
Xəbər lenti
Can't create/write to file '/var/tmp/MYBoktQB' (OS errno 24 - Too many open files)