Dünyada ilk  aclıq aksiyası keçirən Cümhuriyyət tələbəsinin dəhşətli əzabları

15:32 16-02-2019 | icon 228 | Araşdırma
Dünyada ilk  aclıq aksiyası keçirən Cümhuriyyət tələbəsinin dəhşətli əzabları

 

Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu 
Sübh olmuşdu, fəqət bir oyanan görmədim 
Anlamazdı kimsə onun o şübhəli dərdini. 
Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim”  

Bu sözlər Azərbaycan Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. O, “Çağdaş Azərbaycan ədəbiyyatı” adlı əsərində Azərbaycan poeziyasının bəlkə də ən nakam şairi və nakam olduğu qədər də öyrənilməyən fədaisi Əli Yusif haqqındakı qeydlərdindən götürülüb. O Əli Yusif ki, heç 40 il də yaşamadı və ən acınaqcaqlısı da odur ki,  38 illik ömrünün az qala tən yarısını sürgün və məşəqqətlərdə keçirdi.

 

Versus.Az AzEdu.az-a istinadla Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa yolladığı 100 tələbəsindən biri, faciəli ( həm də fədakar)  ömür sürən istiqlal şairi Əli Yusif haqqında danışacaq.

Buzun dəhşət çaları

1926-cı il... Şair Əmin Abid Gültəkinin “buzlu cəhənnəm” adlandırdığı Salovki sürgün düşərgəsi... Şimal Buzlu Okeanının qonşuluğunda yerləşən bu ərazi SSRİ-in ən ağır cəza yeri, hamının yaddaşında dəhşətin buzlu obrazı kimi qalmaqdadır. 1926-cı il martın 10-da istiqlal uğrunda gizli mübarizəyə görə həbs edilən bir qrup azərbaycanlı gənc Bakı həbsxanasında da öz mücadilələrini davam etdirir. Bunu görən bolşevik təhlükəsizlik nəfərləri onları ən ağır cəza məntəqələrindən biri sayılan Salonikiyə göndərməyi qərara alırlar. Amma onlar yenə də qürurludur. Çünki bu gənclər onları heç nədən qorxmayaraq uzaq və gedər-gəlməz Salovkiyə yola salan həmvətənlərinin, azərbaycanlı kəndlilərin göz yaşının istisinə bürünüb və uzaq Sibir meşələrində də onları bir müddət bu göz yaşının istisi qoruyacaqdı. Kəndlilər ağlaya-ağlaya onlara deyir:

- Sizdən əvvəl gedən qəhrəman gəncliyə Azərbaycan köylüsündən salamlar aparın…

Gənclər sevinirlər ki, onları yola salmaq üçün bu qədər insanlar gəlib. Deməli, Azərbaycan uğrunda mübarizə aparmağa dəyərmiş! Odur ki, qatara minən kimi “şarkı, şarkı” deyərək, bir ağızdan “Ağlama sən, gəlib vətən” mahnısını oxumağa başlayırlar. Onlar bilirlər ki, Şimal buzlu adalardakı meşələrə, şaxtanın içinə,  ağır əmək düşərgələrinə göndərilirlər. Onlar bilirlər ki, özlərindən qabaq Salonikiyə sürgün olunanlar ya ölürlər, ya da ölüyə bənzər bir məxluqa çevrilirlər. Amma aralarında Kələntərli Cabbar, B.Səfizadə, Muradxan Naxçıvani, Abbasqulu, B.Həmid Kəngərli, Səlimzadə və başqa Azərbaycan fədailərinin olduğu bu heyəti ayaq üstə saxlayan nəsə var idi. Onlarla eyni vaxtda Salonikiyə sürgün olunan B. Ağaoğlu adlı istiqlal savaşçısı sonradan yazacağı “Salonikidə gördüklərim” adlı xatirə əsərində bunun səbəbini belə qeyd edəcəkdi:

Salonikiyə çatarkən onları şaxta ilə bərabər şaxtadan da kəsərli və öldürücü olan bir rejim qarşılayır. Əvvəlcə özlərindən əvvəl burada həbsdə olan istiqlal savaşçıları ilə görüşüb qucaqlaşıb ağlayırlar. Məhz şair Əbdürrəhman Dai və onun kimi bir neçə yerli dustağın halını görəndən sonra gələcəklərinə inam tamamilə itir. Çünki onlar artıq o vəziyyətdə idilər ki, fiziki baxımdan həyatdan çox ölümə aid idilər. İlk gün bu qrupu soyuqda üç saat saxlayaraq ac-susuz onlara ağır təlim keçir, Salovki qaydaları ilə tanış edirlər. 40 dərəcə şaxtadan sonra düşərgəyə gətirilən həmvətənlərimiz yerlilərini görən kimi kövrəlirlər. Ağaoğlu kitabında həmin dəqiqəni bu cür təsəvvür edir:

 “Bu qrup çox məşəqqətlərə tab gətirə bilir. 18-19 saatlıq ağır əmək, 45 dərəcə şaxtada meşə işləri, aclıq və zəhərli yeməklər istiqlal savaşçılarını tamam əldən salır. Ən pisi də o idi ki, 19 saatlıq ağır əməyin nəticəsində onlara verilən bir parça çörək və balıq şorbasının əzabı daha dözülməz olur. Çünki uzun müddətdir saxlanılan və xarab olan balıqlardan çıxan qurdlar şorbanın üstündə var-gəl edirdilər. 

Növbəti qrup və Əli Yusif

1927-ci il martın əvvəllərində bura azərbaycanlılardan ibarət növbəti qrup gətirilir. Həmin qrupun tərkibində yazının qəhrəmanı Əli Yusiflə bərabər Vəkilli İsfəndiyar, Muin Niyazi,Sultanzadə Mehdi, İmanaə Sadıq, Rizabəyli Nəsrüllah,  Bəkdəmirzadə Muhsin bəy və başqaları da olur. Qrupda əsasən zabit və maarifçi ziyalılar var idi. Əli Yusifin ölüm düşərgəsi olan Salonikidəki faciələrindən, oradakı aclıq aksiyasından danışmamışdan əvvəl onun kimliyi ilə tanış olmamız yerinə düşər.

Əli Yusifin azsaylı araşdırmaçılarından olan Əli  Şamilə istinad edərək deyə bilərik ki, 17 yaşında Şuşa realnı məkətbini bitirdikdən sonra aktiv ictimai-siyasi fəaliyyətə baş vuran şair Müsəlman Xeyriyyə Cəmiyyətində iştirak edir və orada bir sıra lazımı problemlərin həllinə səy göstərir. 1911-20-ci illərdə dövri mətbuatda Əli Yusif və Əli Yusif Rai (yəni, çoban) imzaları ilə çıxış edir.  Cümhuriyyətin ali təhsil almaq üçün xaricə yolladığı 100 tələbədən biri olan Əli Yusif 1920-ci ildə Parisdə Siyasi Elmlər Akademiyasında təhsil alır. 1923-cü ildə Bakıya qayıdan maarifçi artıq fəaliyyət göstərməyən Müsavata sadiqliyi ilə seçilir. Bu sadiqlik onun 1924-cü ildə həbsi ilə nəticələnir. Amma adından bir daha siyasətlə məşğul olmayacağı barədə yazılı qeyd  aldıqdan sonra azad edilir. Buna baxmayaraq, ona təhsil və hürriyyət eşqi verən Müsavata yenidən sadiq qalır, 1925-ci ildə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin əsasını qoyanlardan biri olur. Bununla yanaşı, Azərbaycan Tətbiq və Tətəbbö Cəmiyyətində də çalışır. Bütün bu açıq siyasi fəaliyyətin sonunda o yenidən həbs edilir və bu dəfə “buzlu cəhənnəmə”, Şimal Buzlu adalarındakı Saloniki düşərgəsinə göndərilir. O zaman 1927-ci ilin 28 fevralı idi... 

İlk siyasi aclıq keçirən azərbaycanlı

Əli Yusifi tanıdıqdan sonra yenidən Salonikiyə qayıdırıq. Özü də 1927-ci ilin dəhşətli şaxtalarının ağalıq etdiyi Salonikiyə... Bu elə bir zaman idi ki, burada dustaqlara heç bir güzəştlər edilmir, faciə insanları isə 40 dərəcədən çox şaxtanın altında yırtıq ayaqqabı, nazik və cırıq üst geyimləri ilə, ac qarınları və azarlı vücudları ilə dəhşətin oxşarı olan həyatı yaşamalı idilər. Bəziləri dözmür, meşəyə odun doğramaq üçün getdikləri zaman balta ilə özlərinə xətər yetirir, hətta əllərini, ayaqlarını kəsməkdən belə çəkinmirdilər. Sibir həkimlərinin narahatlığını görən həkimlər qərargah rəisinə məlumat verirlər. Qərargah rəisinin qərarı isə belə olur:

-Lazım gəlsə, əlləri və qolları kəsilmiş halda işləməlidirlər.

Beləcə, Salonikidə hər gün onlarla adam dünyasını dəyişirdi.

Əli Yusif də bu məqamda Salonikiyə sürgün edilir. 10 il həbs cəzasına məruz qalan Əli Yusif  Azərbaycan və gürcü dustaqları ilə bərabər aclıq aksiyasının ideyasını verir və ona rəhbərlik edir. Salonikidə cəmi 4 sinif bitirmələrinə baxmayaraq, ali təhsilli ziyalılara qan udduran düşərgə zabitləri gözləmədikləri bir vəziyyətlə qarşılaşırlar. Onsuz da əziyyətlərin dəhşətlərinə tab gətirə bilməyən başqa dustaqlar da bunlara qoşulur. Günlərin birində 40 ukraynalı dustaq heç bir səbəbdən gecə vaxtı çölə çıxarılaraq 45 dərəcə şaxtada səhərə qədər işgəncəyə məruz qalırlar. Ağaoğlu Saloniki xatirələrində bunları yazır:

“1927 sənəsinin qışında Solovkiyə Azərbaycan­dan 30 nəfərlik bir millətsevən qəfilə gətirilmişdi. Bunlar vəhşi rejimə təhəmmül etməyərək aclığa qərar verdilər.

...“Bu qrupun qəti ölüm qərarı Solovkidə bulunan bütün azərilər tərəfindən qəbul olundu və qrev ümumi bir şəkil aldı. Qrev tam 22 gün davam etdi. İnsanlar acından bütün-bütünə bir skletə döndülər. Haqlarında bir cüzi təhfifat yapıldısada, demək olar ki, bu aclıq qrevlər heç bir şey dəyişmədi. Biləkis Azərbaycan, gürcü və ukrayna millətsevənlərinin bu inadla müqavimət və mücadilələrini Q.P.U. idarəsinin bunlar haqqında daha vəhşicəsinə və barbarcasına tədbirlər almağa sövq edirdi. Hər bir bəşəri, insani hiss və duyğulardan mərhum bulunan bolşeviklərdə insanın insanı tələblərinə qarşı vəhşi bir istehzadan başqa bir şey mövcud deyildir”.

Əli Yusifin həbsxanadakı dəhşətli rejimin əleyhinə qaldırdığı bu etiraz forması onun ən yaxın dostlarının, gəncəli İbrahim Axundzadənin və şəkili Əlövsət Nəcəfovun acından ölümünə səbəb olur.

Buna baxmayaraq, Əli Yusifdən başlayan bu etiraz sonradan başqa millətləri - qazax, qırğız, başqırd və dağıstanlıları da ayağa qaldırır.

Azərbaycan istiqlal şairi, mədəni nəslin nümayəndəsi Əli Yusif dünya siyasi tarixində ilk aclıq aksiyası edən insan kimi tarixə düşməklə yanaşı, vəhşi Solonikinin ilk qəddar düşməni olur.

1935-ci ilin yanvarında sürgündən azad edilir, amma yenə vətənə buraxılmır. Bir sürgündən çıxıb o biri  sürgünə düşür. 1937-ci ildə həbs olunur, elə həmin il də dünyasını dəyişir... 

Bu gün çox təəssüf ki, istiqlala öz həyatını qurban verən və  Rəsulzadə ideologiyasından dönməyən Əli Yusif insanlarımıza o qədər də tanış ad deyil. Fikrimizcə, bu etinasızlığın özü həm onun, həm də məsləkdaşlarının özü üçün ayrıca bir Salonikidir...

Versus.Az

Emin Milli

 

 

Xəbər lenti

ONUN “Duasını” yazan Mediadır

Tahirə Qafarlı: "Bu aksiomadır: dini düşüncəni insan özü yaradır və onu beyninin gücü çatdığı qədər “daşıyır”"

Nəsiminin dərisinin soyulmadığını iddia edən xanım

Messi ailəsi ilə tətildə

Azərbaycan Beynəlxalq Ordu Oyunları - 2019-da iştirak edəcək

Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilib

Kompüter şüası və kaktus mifi – Mütəxəssis rəyi

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib

Gürcüstan Keşikçidağ hadisəsi ilə bağlı bəyanat verdi

Günün qoroskopu: Pozitiv olun

Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı

Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, izahat istənildi

Prezident İlham Əliyev və D.Tuskun məzmunca bir-birindən fərqlənməyən fikirləri olduqca maraqlıdır

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə aparılan danışıqlar da öz səmərəli nəticəsini verəcək"

DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Əlləri niyə gündə bir neçə dəfə yuxarı qaldırmaq lazımdır?

Evinizə gələnləri belə qarşılayın - DİZAYN NÜMUNƏLƏRİ

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Kəsik qolların harayı və "Amerika idealizmi"

Azərbaycana sızan Rusiya “sevgisi”

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı