Azyaşlı tamaşaçılar sevinəcək: 

15:46 16-02-2019 | icon 460 | Mədəniyyət
Azyaşlı tamaşaçılar sevinəcək: 

 

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirməklə bərabər fərqli janrda, yeni, maarifləndirici, müxtəlif kontingenti əhatə edən tamaşaların da repertuarına əlavə olunmasına eyni həssaslıqla yanaşır.

 

Versus.Az xəbər verir ki, tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləyir, teatrda yaradılmış  marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında hər kəs  tamaşalar barədə vaxtaşırı məlumatlandırılır.

 

Cari mövsümdə daha çox axşam tamaşaları ilə şəhər sakinlərinin görüşünə gələn SDDT  nəhayət azyaşlı tamaşaçıların maraqla izləyə biləcəyi, təhsil almanın vacibliyinin,  valideynlərin övladlarına  dəstək olaraq  onları bu yöndə motivasiya etmələrinin  asan, anlaşıqlı dillə və  dialoqlarla vurğulandığı  bir  tamaşanı təhvil verdi.

 

Belə ki, bugün rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin "Danışan gəlincik" nağıl-pyesinə daxili baxış  keçirildi. Tərbiyəvi  əhəmiyyət kəsb edən  səhnə əsərində  əməkdar artist Növrəstə  Həşimova,  aktyorlar   İlham Səfərli,  Şəms Abdullayeva,  Vəfa Qurbanova,  İradə Zeynalova,  Aynur Hümbətova, Firuzə Şərifova,  Elmir Mehdiyev, Cavanşir Eyyubzadə və   Şəmistan Süleymanlı öz rollarının öhdəsindən məharətlə gəldi.  Tamaşanı izlədikdən sonra teatrın direktoru əməkdar Artist Mübariz Həmidov və yaradıcı kollektiv  fikirlərini bölüşdü. Həmçinin məktəblilərdən ibarət Alternativ bədii şura üzvləri onları təsirləndirən məqamları dilə gətirdi.  Tamaşanın premyerası  yaxın günlərdə nəzərdə tutulur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı