Şahidlər erməni vəhşiliyindən danışdı

11:53 18-02-2019 | icon 430 | Qarabağ
Şahidlər erməni vəhşiliyindən danışdı

 

Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də Ermənistan silahlı bölmələri tərəfindən işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Əsirlikdə saxlanılanlara qarşı törədilən vandalizm, günahsız insanların başlarının kəsilməsi, diri-diri torpağa basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayətdir.

 

Versus.Az Azərtac-a istinadən bildirir ki, Qaradağlı faciəsinin şahidi Şamxal Şirinov 27 il əvvəl baş verən qanlı hadisələri xatırlayaraq deyib: "Fevralın 14-də düşmən kəndi mühasirəyə alaraq hücuma keçdi. Qüvvələr qeyri-bərabər olsa da, dörd gün müqavimət göstərdik. Döyüş vaxtı düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Ayın 17-də gülləmiz qurtardı və əsir götürüldük. Cavanları yaşlılardan ayıraraq, "Kamaz" markalı avtomaşına doldurub Xankəndi istiqamətində apardılar. Qocaları cavanlardan ayıraraq başqa maşınlara mindirdilər. Yaşlıları və on qadını isə birbaşa Xankəndi istiqamətinə apardılar. Cavanları başqa avtomaşınla aparırdılar. Bəylik bağı deyilən yerdə maşını saxlayıb onların bir çoxunu güllələdilər. Ermənilərdən biri maşına minərək məni götürüb meyitlərin üstünə atdı. Bu zaman aralıda dayanan başqa bir erməni əsgəri mənə yaxınlaşıb təpiklə başıma vurdu. Sonra məni yenidən ayağa qaldıraraq maşının içərisinə saldı. Öldürülənləri və yaralıları silos quyusuna atıb ekskovatorla üstlərini torpaqladılar. Sağ qalanları isə maşına doldurdular. Cəmiyyət kəndi yaxınlığında Zahidin Xəlilov meyitini yolun ortasında gördüm. Məndən 3-4 metr aralıda sinif yoldaşım Nəbi Quliyevin başını kəsdilər. Digər həmkəndlimiz Mobili güllələyib öldürdülər. Sonra bizi Xankəndinə gətirdilər. Ağrılı-acılı günlərimiz burada başlandı. Bizə olmazın işgəncələr verdilər. Günlərlə ac-susuz qaldıq. Martın 31-də əsirlikdən azad edildik".

 

Əsirlikdən qayıdandan sonra ordu sıralarına yazılaraq erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edən Şamxal Şirinov torpaqlarımızı mənfur düşməndən azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazır olduğunu bildirib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol