"Bulanıq suda balıq tutmaq zamanı bitib"

11:58 18-02-2019 | icon 560 | İqtisadiyyat
"Bulanıq suda balıq tutmaq zamanı bitib"

 

Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik.

 

Versus.Az ölkə.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Vergilər, Şəffaflıq, İnkişaf" Forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

 

M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: "Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib".

 

Nazir qeyd edib ki, yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: "Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi".

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin