“Paşinyanın Qərbyönümlü siyasəti tamamilə puç olub” 

12:10 18-02-2019 | icon 191 | Geopolitika
“Paşinyanın Qərbyönümlü siyasəti tamamilə puç olub” 

 

Qərb (ilk növbədə ABŞ) Dağlıq Qarabağa dair danışıqlar prosesinin intensivləşdirilməsinin tərəfdarıdır.

 

Versus.Az xəbər verir ki, bunu  55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin nəzərdə tutulan görüşünə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Qərb bu məsələlərə bu və ya digər formada müdaxilə edərək prosesin canlanması ilə praktiki nəticələrə nail olmaq istəyir:

“Bir müddət öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bu məsələlərdə aktiv rol oynaması Rusiyada qıcıq doğurdu. Amma Rusiya nəinki məsələyə qısqanclıqla yanaşdı, bütövlükdə tərəflərdən birini – Ermənistanı tam nəzarəti altına alaraq, danışıqlar prosesini öz inhisarına götürdü. İndi danışıqlar prosesi ərəfəsində yaranmış siyasi mühitin səciyyəsinə, xarakteristikasına gələndə deməliyik ki, erməni tərəfi Rusiyanın müdaxiləsindən sonra mövqelərini xeyli sərtləşdirib. Baş nazir Paşinyan danışıqlar prosesinə əngəl ola biləcək kifayət qədər məsuliyyətsiz bəyanatlar səsləndirir. Mən belə hesab edirəm ki, bu bəyanatların səsləndirilməsi təkcə Paşinyanın mövqeyi deyil, ona kənardan təsirin də olduğu aydın görünür. Rusiya prosesə tam da olmasa, bəlli ölçülərdə nəzarət edir desək, yanılmarıq. Çünki erməni tərəfi tamamilə Rusiyanın yönləndirdiyi istiqamətlə hərəkət edir və proseslərdə qeyri-konstruktivliyin daha çox hissəsi məhz bu düzəlişin nəticəsində baş verir”.
Politoloq 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gözlənilən görüşünə diqqət çəkib:


“Rusiya XİN rəhbəri də bu görüşdə iştirakı ilə dünyaya göstərmək istəyir ki, prosesdə həlledici rol Rusiyaya məxsusdur. Ən azı belə bir təəssüratın yaranması Rusiya xarici siyasəti üçün həlledici əhəmiyyətə malikdir. Bunu Münhen Təhlükəsizlik Konfransında göstərmək Rusiya üçün vacibdir. Lavrovun artıq Mnatsakanyanla baş tutan görüşü və Qarabağla bağlı müzakirənin aparıldığı barədə məlumatın yayılması dediklərimizi təsdiqləyir”.
Politoloq keçiriləcək görüşün nəticəsinin olub-olmayacağı ilə bağlı məsələyə də münasibət bildirib:
“Bir çox ekspertlər bu məsələyə “Yox” cavabı verir. Onlar bu fikirlərini ciddi təhlillərlə əsaslandırırlar. Ermənistan tərəfinin nə dərəcə dağıdıcı və qeyri-konstruktiv mövqe tutması göz önündədir. Ermənistanın bu mövqeyində Rusiyanın kifayət qədər təsirinin olduğunu söyləyənlər də az deyil. Bu məsələdə birmənalı fikir odur ki, Rusiya Dağlıq Qarabağ probleminin həllinə hələ hazır deyil. Ona görə də bu münaqişənin həll olunmasını istəmir. Çünki Cənubi Qafqaza ABŞ-ın müdaxilə etməsi Rusiyanı xeyli qıcıqlandırır və Rusiyanın bu məsələnin həllinə olan həvəsini səngidir. Onlar bu məsələnin dondurulmuş vəziyyətdə saxlanılmasını istəməklə bölgədəki təsirlərini qoruyurlar. Eyni zamanda artıq bu da bir faktdır ki, Paşinyanın qərbyönümlü siyasəti barəsində söylənilən fikirlər tamamilə puç olub və illüziyaya çevrilib. ABŞ-ın Ermənistanı Rusiyanın vassalı hesab etməsi heç də təsadüfi deyil. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə Lavrov müxtəlif variantlardan, siyasi manevrlərdən istifadə edəcək və görüşdə fundamental məsələlərin öz həllini tapmasını istəməyəcək, yaxud da Azərbaycan üçün qeyri-məqbul sayılan məsələlərin gündəliyə çıxarılmasına çalışacaq. Beləliklə də görüş haqqında yanlış təəssüratların yaranmasına nail olacaq”.
Politoloq qeyd edib ki, hər iki dövlət rəhbərlərinin görüşünün baş tutması məsələsi də gündəmdədir:
“Hətta bu görüşün ABŞ-da baş tutacağı da istisna edilmir. Zənnimcə, Lavrov əvvəla liderlərin görüşü üçün lazım olan sənədlərin gündəliyə çıxarılmasını əngəlləyəcək. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü üçün lazım olan əsaslar gündəmdə olmayacaq. Əlbəttə, bütün bunlar mövcud versiyalardır. Amma bu versiyaların olma ehtimalı çox yüksəkdir”.

 

Versus.Az

Xəbər lenti

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

"Hakimiyyət nümayəndələri niyəsə bu statusu “nimçədə” Əli Kərimliyə təqdim edir"

Üzeyir Hacıbəyli və milli dərdlərimiz

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Çempionlar Liqası: hansı oyun, hansı kanalda? - TV AFİŞA

"Məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artıb" - Deputat

Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT

Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib - FOTO

Rəqsanə inanılmaz dərəcədə arıqladı - FOTO

Müdafiə nazirinə təlimlərin gedişi barədə məruzə edilib - VİDEO - FOTO

Polisi təhqir edən sürücü tutuldu - FOTO

Bir həftə ərzində çörək yeməsək, nə baş verəcək? – Bədən bu funksiyalarını itirə bilər

Diabetik nefropatiyanın təbii bitkilərlə müalicəsi

Beyin qan dövranını necə yaxşılaşdıraq? - 5 üsul

Hansı anaların uşaqlarında Daun sindromu riski daha yüksəkdir? - Test

Səudiyyədə yanan neftin “tüstüsü” Azərbaycan sərhədinə çatdı - təhlükə

Ermənistanda qalmaqallı istefalar - Paşinyan meydanda tək qalır

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Qəbrin nurla dolsun şəhidim...

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

"Dağlıq Qarabağ probleminin tez bir zamanda həllini vacib sayırıq"

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”