Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir

13:46 18-02-2019 | icon 508 | Kürsü
Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir

Şəxsiyyətləri gözdən salmaq cəhdləri ilə hədəf xalqlara aşılamağa çalışırlar...

 

NAMİQ ƏLİYEV

Tarix üzrə fəlsəfə doktoru



Bütün dövrlərdə, həm daxildən, həm də xaricdən xalqımızın milli qəhrəmanlarına, tarixi şəxsiyyətlərinə hücumlar olub. Orta əsrlərin ərəb mənbələrinə diqqət yetirsək , onlarda nəinki Babəkin özü haqqında, həmçinin valideyinləri haqqında da xoşagəlməz fikirlərə rast gələrik. Eləcə də bəzi tarixi mənbələrdə nəhəng imperiya qurmuş Şah İsmayıla, parçalanmış əraziləri birləşdirməyə çalışan Ağa Məhəmməd şah Qacara fərqli münasibətin şahidi oluruq. Sovet dövründə sözügedən məsələyə münasibət başqa çalar aldı, belə ki, hər sahədə olduğu kimi, tarixə və onun yaradıcılarına münasibət ideoloji prinsiplərə əsaslanırdı. Son dövrlərdə isə milli qəhrəmanlar və tarixi şəxsiyyətlərə edilən hücumlar davamlı və daha intensiv hal alıb və xarakteri dəyişib. Sosial şəbəkələrdə Babəkə, Şah İsmayıla, Nəriman Nərimanova, Heydər Əliyevə, Mübariz İbrahimova ardıcıl hücumların şahidi oluruq. Bu, təsadüfi deyil, çünki sosial şəbəkələr informasiya müharibəsinin əsas meydançasına çevrilib. Əgər əvvəlki dövrlərdəki hücumlar qarşı tərəflərin maraqlarına uyğunluq dərəcəsi ilə bağlı idisə, hazırkı hücumlar informasiya savaşının tərkib hissəsinə çevrilib.


Bəs səbəb nədir ki, xalqına 2 milyon kvadrat kilometr torpaq miras qoyub getmiş Şah İsmayıl, SSRİ kimi nəhəng imperiyanın rəhbərlərindən biri, faktiki olaraq 1993-cü ildə Azərbaycanı parçalanmadan xilas etmiş Heydər Əliyev sosial şəbəkələrdə hücuma məruz qalır? İnformasiya müharibəsinin nəzəriyyəçilərinə görə, xalqların tarixində mühüm rol oynamış tarixi və siyasi xadimlərə qarşı mübarizə “soyuq savaş”ın ən effektiv mübarizə üsullarından biridir. Yaxşı məlumdur ki, şəxsiyyətlər tarixi bilavasitə yaradanlardır, əgər onları tarixin içərisindən çəkib çıxartsaq, o zaman tarixdə boşluqlar yaranacaq. İnformasiya savaşı aparan xarici tərəfin də məqsədi odur ki, qarşıdakı obyekt dövlətin tarixinin içərisi boşaldılsın. Belə situasiyada, onlar özlərinə sərf edən qəhrəman və şəxsiyyətləri çox rahatlıqla tarixi dəyişdirilmiş yeni nəslə pərçim edəcəklər. Şəxsiyyətləri gözdən salmaq cəhdləri ilə hədəf xalqlara aşılamağa çalışırlar ki, siz idarəedici xalqlar ola bilməzsiniz. Təbii ki, hansısa başqa xalqın xadimini özünə ideal seçmiş bir gənc çox asanlıqla informasiya savaşı aparanların tələsinə düşür. Müharibə şəraitində yaşayan, torpaqlarının bir qismi işğal olunmuş xalqın tarixi şəxsiyyətlərinin, məilli qəhrəmanlarının əleyhinə təbliğatın gücləndirilməsi olduqca mənfi nəticələrə gətirib çıxara bilər. Ən dəhşətlisi də odur ki, bu təbliğatı xaricilər, elə xaricdə məskunlaşan soydaşlarımızın vasitəsilə aparırlar. Bunu informasiya savaşının qanunları tələb edir. Hansısa xaricinin bizim şəxsiyyətlər və qəhrəmanlar haqda mənfi fikirlərini cəmiyyətə rahat şəkildə qəbul etdirmək çətindir. Ona görə də savaşı aparmaq üçün yerli xalqın nümayəndələri ələ alınır və siyasi mübarizə ilə pərdələnmiş antişəxsiyyət hücumları təşkil olunur. Belə şəraitdə Azərbaycan cəmiyyəti, xüsusilə, gənclər ayıq olmalı, tarixi şəxsiyyətlərinə və milli qəhrəmanlarına sahib çıxmağı bacarmalıdırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Masallı və Biləsuvar rayonlarında Şəhid ailələri və məzarları ziyarət edilib

Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Daha iki qərar ləğv edildi

Məktəblərlə bağlı gözlənilməz AÇIQLAMA

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının NƏTİCƏLƏRİ

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ

Şəhadətin mübarək, ŞƏHİDİM

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Qaraciyər xəstələri və hepatitlər üçün - ÜZÜMLƏ DETOKS

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO