Keti Perrinin hit mahnılarının müəllifi yoxa çıxıb
ABŞ-də pop müğənnisi Keti Perrinin hitlərinin müəllifi, 48 yaşlı Kamila Leyert-Sequra itkin düşüb.
Bu barədə bəstəkarın dostları xəbər veriblər.
Onların sözlərinə görə, qadını sonuncu dəfə iyunun 29-da görüblər.
“Keti Perrinin “Walking On Air” hitini yazan müğənni-bəstəkar və modelin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır”, - deyə məlumata bildirilir.
Qeyd olunur ki, Leyert-Sequra Beverli Hillsdə yoxa çıxıb. İyun ayından bəri onun harada olmasından xəbər yoxdur.
Bəstəkarın dostları onun qaçırıla biləcəyini istisna etmirlər.
Xəbər lenti
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
"Mən Ermənistan və Azərbaycan arasında 1991-ci il..."