Eyyub Yaqubov yenə pərəstişkarları qarşısında

12:44 21-08-2023 | icon 557 | Şou-biznes
Eyyub Yaqubov yenə pərəstişkarları qarşısında

Avqustun 19-20-də "Yaşıl Teatr"da Respublikanın Xalq artisti Eyyub Yaqubovun solo konserti keçirilib.

 

Versus.Az xəbər verir ki, konsert "Biq band sound pro" tərəfindən təşkil olunub.


Gecədə "Biq Band" qrupunun bədii rəhbəri Fuad Musayev və Respublikanın Xalq artisti Cavan Zeynallı da çıxış ediblər.


Eyyub Yaqubov repertuarından ən çox sevilən "Kim bilir", "Bakı", "Ana", "Azəri torpaĝı", "Abşeronum", "Yaşa məhəbbətim" mahnılarını ifa edərək, pərəstişkarlarının zövqünü oxşayıb.


Bu mahnılarla yanaşı həmçinin repertuarda olan yeni ifalardan biri olan "Növbəti stansiya Zuqulba" mahnısı da səslənib.


Müĝənninin tamaşaçılarla etdiyi söhbət və xatirələri maraqla qarşılanıb. O, evin sonbeşiyi olduĝunu, "Romeo və Culyetta"filmini sevdiyini və dəfələrlə izlədiyini, hətta nə vaxrsa yazıçı olmaq istədiyini bildirib.


Konsert "Biq Band" qrupunun müşayiətilə baş tutub və burada ifa olunan rəqslər isə gecəni daha da rəngarəng edib.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...