Xocalı soyqırımının qurbanları...

15:29 18-02-2019 | icon 514 | Qarabağ
Xocalı soyqırımının qurbanları...

Türkiyənin müxtəlif bölgələrində anılacaq

 

 

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Ana harayı"qəzetinin baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlunun (Ələkbərli) rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar təşkil olunan tədbirlərdə iştirak etmək məqsədilə fevralın 20-də Türkiyəyə ezam olunacaq.

 

Versus.Az-ın məlumatına görə, Birliyin fəalları Türkiyənin Antalya, Ankara şəhərlərində, habelə, Kastamonu və Aksaray Universitetlərində təşkil edilən Xocalı soyqırımının qurbanlarının əziz xatirəsini anma tədbirlərində iştirak və çıxış edəcəklər.

 

Nümayəndə heyətinə Xocalı sakinləri - Respublikanın Əməkdar həkimi, "Azərbaycan bayrağı" ordenli, ehtiyatda olan tibb xidməti kapitanı Məmməd Ağalar oğlu Nağıyev və Birliyin Qadınlar Şurasının və Binəqədi rayon şöbəsinin sədri, II dərəcəli milli münaqişə zəminində əlil Ayna Allahyar qızı Novruzova daxildir.

 

Qeyd edək ki, səfər 2019-cu il martın 2-dək davam edəcək.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol