Gənc istedadlar ölkənin əsas səhnəsini fəth etdilər


Heydər Əliyev Sarayında Beynəlxalaq “ZİMA” uşaq mahnı festivalı keçirilib. İyirmi beş gənc müğənni çıxış edərək öz istedadlarını, səs və məharətlərini nümayiş etdiriblər.
Versus.Az-ın məlumatına görə, konsert başlamazdan əvvəl gənc ifaçılar böyük ulduzlara xas olan qırmızı xalıya çıxıblar.
Qeyd edək ki, festivalın seçmə kompaniyasına Beat Group hələ keçən ilin payızında başlamışdı. Birinci tur videogörüntü vasitəsi ilə başa çataraq, ikinci tura 50 nəfər dəvət olunmuşdu. Sonda isə 25 nəfər Böyük səhnədə çıxış etmək imkanını qazanmışdı. 25 nəfərdən beşi isə Rusiya, Türkiyə, Ukrayna, Belarus və Gürcüstanı təmsil edirdi.
Tədbirdə Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət və incəsənət xadimləri, yaradıcı gənclər və s. iştirak edirdi.
Festivalın yaradıcı tərkibində olan əməkdar mədəniyyət xadfimi, rejissor Ülviyə Könül, bəstəkar və aranjimançı Rüstəm Rzayev, vokal müəllimi Ukraynanın Əməkdar artisti Rimma Şapovalova və xoreoqraf Emil Hüseynov uşaqlara səhnə mədəniyyətinin sirlərini ötürməyə nail olublar.
“ZİMA” festivalının yaradıcıları əmindirlər ki, gələcəkdə bu uşaqlar mütləq estrada ifaçılığının zirvəsinə çatacaqlar. Çünki belə festivallar böyük səhnəyə ilk addımlardan biridir. Hər bir iştirakçı bu festivalın həyatında nə dərəcədə mühüm olduğundan söz açır. İştirakçılardan Sehran səhnədə nə qədər xoşbəxt olduğunu sevinclə bildirdi.
Gənclərlə bərabər Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, “Səs Azərbaycan” layihəsinin iştirakçısı Hüseyn Abdullayev və bir çoxunun sevimli ifaçısı Cin – Ceyhun Zeynalov da çıxış ediblər.
Festival iştirakçılarının hər biri diplomla təltif edildi.
Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”
Nərminə Abbasova: “Qanaxma həm mədə, həm də on iki barmaq bağırsaq xorası olan xəstələrdə rast gəlinə bilər”
"Bu da bir siyasi mədəniyyət nümunəsidir"
Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”
Ərdoğan Axıska sürgününü Qənirə Paşayevanın şeiri ilə andı - VİDEO
Dima Bilan sərxoş çıxışından danışdı - VİDEO
Məşhur Hollivud aktyoru vəfat edib
2019-cu ilin üç ən yaxşı filmi - SİYAHI
Bakıda “Infiniti”i markalı avtomobillə “Mitsubishi” toqquşub - FOTO
La Liqada autsayder qələbəni əldən verib
"Lill" "Monpelye"yə qalib gəlib
Almaniya Bundesliqası: “Hoffenhaym” evdə uduzub
Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər
Türkiyə Super Liqasında turun açılış oyunu heç-heçə bitib
Xanım sürücü piyada qadını vurub
Lerik rayonunda üçotaqlı ev yanıb
Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
İrəli
