Əlilliyi olan qadınlara texniki dəstək verildi

16:10 18-02-2019 | icon 938 | Cəmiyyət
Əlilliyi olan qadınlara texniki dəstək verildi

Öz biznesinin sahibi ol” layihəsinin nəticələri

 

 

Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti ilə birgə Finlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2018-ci il iyul – 2019 cu il fevral tarixləri ərzində icra etdiyi “Öz biznesinin sahibi ol” layihəsinin dəstəyi ilə əlilliyi olan qız və qadınlara texniki dəstək proqramı başa çatdırılıb.

  

Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, Layihənin əsas məqsədi Azərbaycanın regionlarında əlilliyi olan qadınlar üçün özünəməşğulluq imkanlarını genişləndirməkdir.

Layihə Qusar, Biləsuvar və Qazax rayonlarında 120 dən çox əlilliyi olan qadınları və qızları əhatə edib. Layihə çərçivəsində biznes biliklərinə dair 30 saatlıq təlim kursları keçirilib, fərdi biznes planların tərtib edilməsi üçün məsləhətlər verilib.

Təlimlərin və məsləhətlərin keçirilməsinə Dövlət Məşğulluq Xidmətinin Beynəlxalq Əmək Təşkilatının sertfikatını almış və həmin rayonlardan olan təlimçilər cəlb edilibr.

Təlimdə iştirak etmiş xanımlar arasında mikrobiznes fəaliyyətini başlamaq və inkişaf etdirmək məqsədilə texniki dəstək almaq üçün müsabiqə keçirilib. Nəticədə, təqdim olunmuş müraciətlər arasında 26 layihə iştirakçısı qalib seçilib. Onlara seçdikləri biznes növünə və müraciətlərinə əsasən müxtəlif avadanlıqlar, materiallar və sairə inventar təqdim olunub. Layihə iştirakçısı olan bu xanımlar müxtəlif sahələrdə mikrobiznes işini başlamışılar, o cümlədən şirniyyat bişirmə, dərzilik, gözəllik salonu, quşçuluq, arıçılıq və sairə sahələrdə.

Əlil Qadınlar Cəmiyyəti regionlarda özünəməşğulluq və kiçik sahibkarlıq işinin əlil xanımlar arasında təbliği və maarifçilik fəaliyyətini prioritet sahə kimi qəbul edir və bu xidməti genişləndirməyi planlaşdırır. Hesab edilir ki, əhalinin həssas qrupuna aid olunan bu xanımların öz şəxsi biznes ilə məşğul olmaları həm özlərinin iqtisadi və psixoloji durumuna müsbət təsir edəcək və eyni zamanda yaşadıqları yerli icmalarda sosial-iqtisadi rifahın yüksəlməsinə xidmət edəcək. Bunun üçün Əlil Qadınlar Cəmiyyəti Dövlət Məşğulluq Xidməti və digər müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etməyi vacib hesab edir.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı