25 ildən sonra - İLK DƏFƏ


"Dinləyicilərimi görsəm də, onların alqışlarını eşitməyəcəm"
“Yaradıcılıqda 25 il fasilənin nə olduğunu hər kəs bilməz. Çox çətindir. Amma bu vəziyyət istəmədən yarandı. Eşitmə qabiliyyətimi itirmişəm və bu hal hələ də davam edir. Sağalması da qeyri-mümkündür. Səhnəyə zərərsiz qayıtmaq və dinləyicilərimi razı salmaq fikri məni çox düşündürürdü. Və bu məqsədlə mənim üçün xüsusi bir cihaz yaratdılar... Və buna görə səhnədə mən ayrıca bloklanmış bir zonada oturaraq, sümük keçiciliyinin vibrasiyanı qəbul etmə qabiliyyətinin köməyi ilə mahnıları ifa edəcəm. Bu bir eksperimentdir... işıq indikatorları isə mənə musiqinin tempini bildirəcək. Dinləyicilərimi görsəm də, onların alqışlarını eşitməyəcəm. Mənim konsertimə gələnlərə minnətdarlığımı bildirirəm və ümidvaram ki, ifalarımı bəyənəcəksiz”.
Bu sözləri Maksim Fadeyev konsert proqramında yazmışdı. Bakı Konqress Mərkəzində bəstəkar və musiqi prodüsseri və müğənni Maksim Fadeeyevin konserti baş tutdu. 25 il fasilədən sonra ilk konsert Moskvada və ikinci konsert Bakıda keçdi.
İfaçı həm bizə tanış olan, həm də yeni mahnılarını ifa etdi. Eşitmə qabiliyyətinin olmamasına baxmayaraq M.Fadeyev möhtəşəm ifası və səsi ilə hamını valeh etdi. Bu konsertə hətta Belarus, Ukrayna, Qazaxıstan və Rusiyanın özündən də tamaşaçılar təşrif buyurmuşdular.
Konsertdə “SEREBRO” qrupunun keçmiş üzvü Olqa Seryabkina – MOLLY qonaq qismində çıxış etdi. Emin Ağalarov isə M.Fadeyev ilə birgə “AZƏRBAYCAN” kompozisiyasını ifa etdilər. Sonda Maksim xüsusi yerini tərk edərək, tamaşaçılara yaxınlaşıb, onlarla əl-ələ görüşdü.
İfaçı instaqram səhifəsində bu sözləri yazıb:
“Bu gecəni heç vaxt unutmayacam. Mənə oxumağa icazə vermirlər. Amma siz məni gözləyirsiz deyə, mən bunu etdim. Çox sağ ol, Bakı. Çox sağ ol mənim ikinci Vətənim!!! Həmişə firavan ol! Torpağında həmişə sülh olsun!”
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əməyi olduğu üçün Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev Maksim Fadeyevi təltif edib.
Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”
Nərminə Abbasova: “Qanaxma həm mədə, həm də on iki barmaq bağırsaq xorası olan xəstələrdə rast gəlinə bilər”
"Bu da bir siyasi mədəniyyət nümunəsidir"
Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”
Ərdoğan Axıska sürgününü Qənirə Paşayevanın şeiri ilə andı - VİDEO
Dima Bilan sərxoş çıxışından danışdı - VİDEO
Məşhur Hollivud aktyoru vəfat edib
2019-cu ilin üç ən yaxşı filmi - SİYAHI
Bakıda “Infiniti”i markalı avtomobillə “Mitsubishi” toqquşub - FOTO
La Liqada autsayder qələbəni əldən verib
"Lill" "Monpelye"yə qalib gəlib
Almaniya Bundesliqası: “Hoffenhaym” evdə uduzub
Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər
Türkiyə Super Liqasında turun açılış oyunu heç-heçə bitib
Xanım sürücü piyada qadını vurub
Lerik rayonunda üçotaqlı ev yanıb
Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
İrəli
