“Ay Laçın” - doğma və kövrək duyğularla

11:56 26-08-2023 | icon 278 | Mədəniyyət
“Ay Laçın” - doğma və kövrək duyğularla

“Ay Laçın” xalq mahnısı bu dəfə Laçın şəhəri günündə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirovanın ifasında səslənir.

 

Öz bacarıq və istedadı ilə “Əlilik qüsur deyil” devizini bir daha təsdiqləyən Rəvanə məlahətli səsi ilə doğma və kövrək duyğular aşılayan bu xalq mahnısına yeni ruh, nəfəs bəxş edir.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan həmin mərkəz digər həssas qruplardan olanlar kimi, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirovanın da yaradıcı potensialının inkişafına və cəmiyyətə tanıdılmasına mühüm dəstək verir.

 

Ötən il bu mərkəzə qəbul olunan Rəvanənin ifaçılıq qabiliyyətinin daha da inkişaf etməsi üçün göstərilən səylər öz bəhrəsini verir, sənətdə uğurlu addımlara imza atır.

 

Onun ifasında səslənərək sizə təqdim etdiyimiz “Ay Laçın” mahnısı da bunu təsdiq edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu