"Vaxtilə büdcəni talamaqla məşğul idilər"

14:18 19-02-2019 | icon 322 | Siyasət
"Vaxtilə büdcəni talamaqla məşğul idilər"

"Bəziləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan addımları öz adlarına çıxırlar. Həmin şəxslər xalqı aldatmaq üçün belə edirlər".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O qeyd edib ki, İlham Əliyev prezident seçildiyi gündən islahatların keçirildiyini bəyan etmişdi:

 

“Ayrı-ayrı sahələrdə insanların təminatı ilə bağlı proqramlar hazırlanmışdı. Lakin bəziləri ucuz düşüncə tərzi ilə insanları aldatmaq, ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər. Bu, onların naşılığıdır. Həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul idilər”.

 

S.Novruzov vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində yerlərdə emal müəssisələri açılır, çox böyük proqramlar, vergi və gömrük orqanlarında islahatlar həyata keçirilir:

 

“Vətəndaşlar atılan addımları müsbət qarşılayır. Bu addımlar kiminsə yürüş və ya piket keçirməsinin nəticəsi deyil. Həmin şəxslər, əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı