Bonuççi "Real"dan imtina etdi

18:31 19-02-2019 | icon 451 | İdman
Bonuççi "Real"dan imtina etdi

 

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi "Milan"dan Turinə qayıtdıqdan sonra "Real"dan təklif aldığını deyib.

 

Versus.Az  qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu təklifi geri çevirdiyini bildirib. "Madrid klubunun transfer siyahısında olmaq qürurvericidir. Lakin mən "Milan"dan ayrıldım ki, "Yuventus"a qayıdım. İtaliya futbolu inkişafdadır. Son zamanlar bu daha çox hiss olunur. "Qoca senyora" liderliyini davam etdirir. "Napoli" ilə 13 xal fərqimiz var. Fərq böyük deyil. Arxayın olmaq olmaz. Əvvəllər "Milan", "Napoli", "İnter" kimi klubları rahat şəkildə məğlub edirdik. İndi vəziyyət dəyişib. Bütün klublar müqavimət göstərə bilir",- müdafiəçi bildirib.

Bonuççi 2010-2017-ci illərdə "Yuventus"un formasını geyinib. Sonradan "Milan"a keçib. Ötən ilin yayında yenidən Turinə dönüb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...