ABŞ-dan Türkiyə XİN-ə dəstək 

18:39 19-02-2019 | icon 427 | Dünya
ABŞ-dan Türkiyə XİN-ə dəstək 

 

"Çin 2017-ci ilin aprelindən indiyədək 800 min - 2 milyon uyğuru və başqa müsəlman azlığa mənsub qrupları kütləvi düşərgələrdə saxlayır".

 

Versus.Az report-a istinadən xəbər verir ki, məlumat ABŞ-ın Türkiyədəki səfirliyinin "Twitter" səhifəsində yayılıb.

 

Bildirilib ki, ABŞ Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasına qoşulur. Həmin açıqlamada vurğulanmışdı: "Özbaşına həbslərə məruz qalan bir milyondan çox uyğur türkünün kütləvi düşərgələrdə, həbsxanalarda işgəncə və siyasi cəhətdən beyinyuma hallarına məruz qalması artıq bir sirr deyil".

 

Xatırladaq ki, Mərkəzi Asiya ölkələrinin Çin Xalq Respublikasındakı səfirliklərinin diplomatlarından ibarət heyət Sincan-Uyğur Muxtar Bölgəsi hökumətinin dəvəti ilə əyalətin Urumçi, Kaşqar və Xotan şəhərlərinə səfər ediblər.

Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya "siyasi yenidən tərbiyələndirmə düşərgələri" barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU