“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ

20:13 19-02-2019 | icon 482 | Siyasət
“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ

Muhammed İlhanlı: “Özgüvən, barış içində, qardaş kimi yaşamaq istəyirik”

 

 

İraq səfərim zamanı Ərbil də Türkmən İnkişaf Partiyasının sədrı, İraq kürd muxtariyyəti parlamentinin beş türkmən millət vəkilindən biri olan Muhammed İlhanlı ilə görüşüb, söhbət etdik. Ərbildə müsahibə aldığım hər iki millət vəkili – Azat Kürəçi və Mühammed İlhanlı parlamentin sədr müavinlərindən birinin türkmən olması tələbini irəli sürdüklərini bildirmişdilər.

Beləliklə, Versus.Az-ın müsahibi Türkmən İnkişaf Partiyasının sədrı, İraq kürd muxtariyyəti parlamentinin beş türkmən millət vəkilindən biri Muhammed İlhanlıdır.

 

- Muhammed bəy, Ərbildə türkmən qardaşlarımızın sayı statistik rəqəmlərdən çoxdur. Təəssüf ki, burada onların əksəriyyətinin kimliklərini və milliyyətlərini dəyişdiklərini öyrəndim. Səbəbləri məlumdur, kağız üzərində dəyişsələr belə onlar bizim qardaşlarımızdır. Bölgədə yaşayan türkmənləri təmsil etmək həm də məsuliyyətdir.

 

- Bəli, biz bu gün parlamentdə öz millətimizi, öz xalqımızı təmsil edirik. Həm türkmən, həm də siyasi təşkilat olaraq bizim üçün böyük məsuliyyət deməkdir. Çalışırıq ki, bölgədə qardaşlıq, barış içərisində millətimizə xidmət edək. 111 millət vəkili mandatından 5-nə türkmənlər sahibdir. Eyni zamanda, parlamentin sədr müavinlərindən birinin türkmən olması tələbini irəli sürmüşük. Ötən illərə nisbətən bəzi irəliləyişlərin olduğunu deyə bilərəm. Siz bölgə ilə yaxından tanış olsanız görərsiniz ki, türkmənlərin sıx olduqları, çalışdıqları qurumların, eləcə də, türkmən partiyalarının Ərbil bürosunun üzərində ünvanlar, adlar türkmən dilində yazılıb. Çünki bölgədə türkmən türkcəsinin rəsmi dil olaraq işlənməsi üçün qərar qəbul edilib. Hazırda Ərbildə türkmən dilində məktəblər də fəaliyyət göstərir.

 

- Muhammed bəy, bu gün dünyanın ən mürəkkəb, qarışıq bölgələrindən biri İraqdır. Ölkədə olarkən bunu daha yaxından gördüm, hiss etdim. Ərbilə gələrkən savaşdan, İŞİD hücumlarından zərər çəkməyən, əksinə inkişaf edən bir şəhər gördüm. O vaxt referendumun keçirilməsi ilə bağlı müsbət fikirlər səsləndirmişdiniz, açıqlamalar vermişdiniz.

 

- Referendumla bağlı bildirmişdim ki, insanların rəylərinin, fikirlərinin nəzərə alınmasında mənfi heç nə görmürəm. Zatən referendumdan əvvəl də burada İran, Türkiyə şirkətləri fəaliyyət göstərirdi, müqavilələr bağlanmışdı və bunların Bağdada heç bir aidiyyatı yox idi. İŞİD hücumlarına gəlincə, bu hücumlar zamanı İraq ordusu müxtəlif əraziləri tərk etdi. Nəticəsi də məlumdur, yüz minlərlə insan müdafiəsiz, çarəsiz durumda qaldılar, öldürüldülər, öz torpaqlarından didərgin düşdülər. Bundan başqa siyasi çəkişmələr, məzhəb davası, qarşıdurmalar. O vaxt da bildirmişdim ki, biz bu qarşıdurmalarda tərəf kimi çıxış etmək, ziyan görmək istəmirik. Buna görə də referendumun keçirilməsini istəyirdim. Təbii ki, kənardan baxanda bir kürd muxtariyyətinin qurulması anlamına gəlir. Amma bu addım bölgədə yaşayan digər etnik qrupların da hüquqlarının qorunması, İraq miqyasında baş verənlərdən zərər görməməsi idi. Onsuz da biz bu torpaqlarda yaşayırıq, kürdlərdən sonra bölgədə əhalinin sayına görə ikinci millətik. Nədən parlamentdə, idarəetmədə təmsil olunmayaq, türkmənlərin yaşayışının, şəraitinin yaxşılaşdırılması üçün çalışmayaq? Referendum keçiriləndə, yeni tərkibdə parlament seçiləndə də mənim düşüncələrim bunlardan ibarət idi və öz fikirlərimdə qalıram.

 

- Bildiyim qədər bu dəfə parlament sədrlərinin müavinlərindən birinin türkmən olması, eyni zamanda, hökumətdə türkmən nazirlə təmsil olunma tələbini irəli sürmüsünüz. Sizcə təklifinizə müsbət cavab olacaqmı və baş tutarsa, bölgədə türkmənlərin yaşamına neçə təsir göstərəcək?

 

- Doğrudur, sədr müavinlərindən birinin türkmən olması, hökumətdə də türkmən nazirlə təmsil olunmaq tələbini irəli sürdük. Əminəm ki, tələblərimiz müsbət qarşılanacaq. Yenə təkrar edirəm, biz bölgənin ikinci etnik qrupuyuq. İstəyirik ki, fəaliyyətimizi, çalışmalarımızın nəticəsini millətimiz görsün, hiss etsin. Özgüvən, barış içində, qardaş kimi yaşayaq. Türkmənlər özlərini kənarda hiss etməsinlər, bütün proseslərdə yaxından iştirak etsinlər. Bu, türkmən xalqının sabahı, gələcəyi üçün qarşımıza qoyduğumuz məqsəddir. Bu günümüz dünənimizdən, gələcəyimiz bu günümüzdən daha gözəl, parlaq olsun. Çünki böyük mücadilələr verən türkmən insanı bunu haqq edir.

 

P.S: Qeyd edim ki, ötən ayın sonunda Türkmən İnkişaf Partiyasının sədri, millət vəkili Mühammed İlhanlı ilə Ərbildə grüşüb, söhbət etmişdim. Muhammed bəy İraq Kürd Muxtariyyəti parlamenti sədrinin türkmən müavinlərindən biridir. Birinci dönəmdə Müna Kahveçi, ikinci dönəmdə, yəni 2020-ci ildə Mühammed İlhanlı sözügedən vəzifəni tutacaqlar. Türkmən qardaşlarımıza xeyirli, uğurlu olsun.

 

Ağanisə Sultanova
Versus.Az

İraq, Ərbil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür