"Bu yataqların işlənməsini əsrin ortalarınadək davam etdirəcəyik"

16:11 20-02-2019 | icon 558 | İqtisadiyyat
"Bu yataqların işlənməsini əsrin ortalarınadək davam etdirəcəyik"

Azərbaycanda “Şahdəniz” və “Şəfəq-Asiman” qaz yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək.

 

Versus.Az xəbər verir ki, bunu Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfransında BP-nin neft quyuları üzrə vitse-prezidenti Mayk Zangi deyib.

 

O qeyd edib ki, şirkətin Xəzər dənizində - həm “Şahdəniz” yatağında, həm də “Azəri-Çıraq-Günəşli” (AÇQ) blokunda fəaliyyəti BP-nin dünyadakı irimiqyaslı fəaliyyətini əks etdirir:

 

“Növbəti 25 il ərzində BP şirkəti və onun tərəfdaşlarının diqqəti AÇQ və “Şahdəniz” layihələrinə yönələcək. Biz bu yataqların işlənməsini əsrin ortalarınadək davam etdirəcəyik”.

 

M.Zangi bildirib ki, SOCAR-la birgə BP Xəzər regionunda neft-qaz ehtiyatlarının hasilatını davam etdirəcək. O əlavə edib ki, “Şəfəq-Asiman” yatağında çətin quyunun qazılması, eləcə də 2020-ci ildə “Şahdəniz”də kəşfiyyat quyusunun qazılması gözlənilir. Bu iki layihə Xəzər qazının əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək:

 

“Biz Abşeron yarımadasında dayaz sularda seysmik kəşfiyyatı başa çatdırmışıq və bu ilin sonunda üç perspektiv sahənin qazılmasına başlamağı planlaşdırırıq. Gələn il D230 blokunda seysmik-kəşfiyyat işləri keçiriləcək. Ofşor layihələrə əlavə olaraq bizim quruda da layihələrimiz var. Biz Azərbaycanda ilk dəfə “Qobustan” yatağında quruda qazma işlər aparacağıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin