"Qaz tədarükü bazarını şaxələndirməliyik"

16:26 20-02-2019 | icon 489 | İqtisadiyyat
"Qaz tədarükü bazarını şaxələndirməliyik"

"“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı (Aİ) üçün strateji vacib layihədir".

 

Versus.Az xəbər verir ki, bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib.

G.Ottinger qeyd edib ki, artıq “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Türkiyəyə qaz tədarükü başlayıb. O ümidvar olduğunu bildirib ki, layihənin son halqası Trans-Adriatik boru kəməri (TAP) 2019-2020-ci illərdə işə düşəcək.

 

Bakıda keçirilən konfransın vacibliyini vurğulayan G.Ottinger Niderlandı nümunə gətirərək Avropada hər il qaz həcminin azaldığını deyib:

“Biz qaz tədarükü bazarını şaxələndirməliyik, “Cənub Qaz Dəhlizi” isə yeni, strateji cəhətdən vacib marşrutdur”.

 

Avrokomissar əlavə edib ki, növbəti 10 il ərzində “Cənub Qaz Dəhlizi”ndən Avropaya daxil olan qazın həcminin iki dəfə (20-25 milyard kubmetrədək) artırılması planlaşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI