"Fibromialgiyaya
qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

12:16 29-09-2023 | icon 498 | Sağlamlıq
"Fibromialgiyayaqadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

Nərminə Abbasova: “Fibromialgiyanın kəskinləşməsi zamanı xəstənin əmək qabiliyyəti enir”

 

Bu gün versus.az-ın oxucularına fibromialgiya xəstəliyindən, əlamətləri və müalicəsindən bəhs edəcəyik. Bununla bağlı ailə həkimimiz danışacaq.

 

MayoMed Klinikasının Baş həkimi, terapevt Nərminə Abbasova öncə onu qeyd etdi ki, fibromialgiya müxtəlif intensivlikli və lokalizasiyalı simmetrik dərin əzələ-sklet ağrıları, yorğunluq, yuxu pozğunluğunun olması ilə müşayiət olunan xəstəlikdir. Onun sözlərinə görə, bu zaman ağrılar iltihabi xarakterli olmur:

 

“Xəstəliyə orta yaşlı qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir. Fibromialgiyanın kəskinləşməsi zamanı xəstənin əmək qabiliyyəti enir. Qeyd edim ki, zədələnmiş nahiyədə MRT və ya USM zamanı heç bir üzvi dəyişiklik aşkar olunmur. Diffuz xroniki ağrı olduğundan fibromialgiyanı bəzən “yumşaq toxumaların generalizə olunmuş revmatizması” da adlandırırlar. “Fibromialgiya” sözünün tərcüməsi “əzələ və liflərdə ağrı” deməkdir. Əzələ ağrıları 3 aydan çox davam edir, yanaşı olaraq yorğunluq və yuxu pozğunluğu da əlavə olunur. Bəzi xəstələrdə psixoloji simptomlar, depressiya və ya həyəcan da rast gəlinir”.

 

Terapevt bildirdi ki, fibromialgiyanın səbəbləri tam öyrənilməyib. Onun sözlərinə görə, bu xəstəlik əzələ və oynaqların qeyri iltihabi revmatik xəstəliyidir:

 

“Müasir dövrdə ən geniş yayılmış hipotezlərdən biri xəstənin mərkəzi sinir sistemi tərəfindən ağrının fərqli qəbul olunmasıdır. Belə xəstələrdə ağrının qıcıq qapısı daha aşağıdır. Məhz buna görə də beyin, hətta işıq qıcıqlarını da ağrı kimi qəbul edir. Bunun əsas səbəblərindən biri kimi serotoninin aşağı olmasını göstərmək olar. Təkanverici faktor kimi stres, fiziki və emosional travma, qeyri-sağlam həyat tərzi səbəb göstərilə bilər”.

 

Terapevt vurğuladı ki, fibromialgiya əsasən 40-60 yaş arası qadınlarda daha çox rast gəlinir. Həkimin sözlərinə görə, fibromialgiyanın birincili və ikincili olmaqla iki növü var:

 

 

“İkincili fibromialgiya bəzi xəstəliklərin nəticəsi kimi yaranır. Bu xəstəliklərə digər revmatik xəstəliklər, mərkəzi və periferik sinir sistemi xəstəlikləri, infeksion xəstəliklər, şiş xəstəlikləri, hormonal balans pozğunluqları aiddir. Əsas simptomu xroniki yayılmış ağrıdır. Belə ki xəstə dərin əzələlərdə yanğı, pulsasiya, keyimə və iynə batma hiss edir. Hətta bəzən xəstəyə elə gəlir ki, əzələ və oynaqlar şişib. Müxtəlif intensivlikli ağrılarda fibromialgiya zamanı ağrının intensivliyi hava dəyişkənliyindən, temperaturdan, stres və fiziki aktivlikdən asılı olur. Bəzi xəstələrdə ağrı səhər saatlarında daha çox olur, gün ərzində getdikcə azalır. Ümumilikdə isti və mülayim dərəcədə aktivlik fibromialgiya simptomlarını azaldır. Əzələ ağrılarından əlavə belə xəstələrdə baş ağrıları və ya miqren də rast gəlinir. Bəzən qarında ağrı, diarreya və ya qəbizlik ilə müşayiət olunan qıcıqlanmış bağırsaq sindromu da rast gəlinə bilər. Fibromialgiyanın xüsusi bir forması olan gicgah-çənə oynağı sindromu zamanı üzdə və çənədə ağrı, çənə oynağında hərəkət məhdudluğu, çeynəmə zamanı ağrı olur”.

 

Əksər hallarda xəstələrdə yorğunluq və yuxusuzluğa da rast gəlindiyini deyən terapevt bildirdi ki, belə xəstələr adətən asanlıqla yuxuya gedirlər, amma gecə tez-tez ayılırlar. Onun sözlrinə görə, fibromialgiyası olan xəstələrdə yuxuda apnoe (yuxuda nəfəs almanın müvəggəti dayanması) halı da tez-tez təsadüf olunur:

 

 

“Gecə tənəffüsdə qısa fasilələr yaranır, nəticədə ürək-damar xəstəliklərinin yaranma riski artır. Yuxu pozğunluğu xroniki yorğunluq sindromuna səbəb ola bilər. Narahat ayaq sindromu da fibromialgiyalı xəstələrdə çox təsadüf olunur. Bu zaman sakit vəziyyətdə ayaqlarda iynə batma hissi və ağrılı dartınma hissi olur. Ancaq idman hərəkətləri ilə bu əlamətləri azaltmaq olur. Fibromialgiyanın digər əlamətləri kimi bəzən gözlər ətrafında ödem və şişkinlik, görmə pozğunluğu, göz önündə qara nöqtələrin olmasını göstərmək olar. Bəzi xəstələrdə emosional şikayətlər də olur. Məsələn əsəbilik, daxili narahatlıq, depressiya, həyəcan pozğunluqları və sair”.

 

Həkim deyir ki, fibromialgiyanın ağırlıq dərəcəsi xəstədən xəstəyə fərqlənir. Yüngül formasında bədənin müxtəlif yerlərində ağrıdan əlavə heç bir fiziki şikayət və emosional simptom olmur. Bu şikayətlər demək olar ki, xəstənin həyat keyfiyyətinə təsir etmir. Ağır formasında isə xroniki ağrı ilə yanaşı digər fiziki və emosional simptomlar özünü büruzə verə bilər:

 

“Fibromialgiyanın tam müalicəsi yoxdur. Amma düzgün müalicə olunduqda fibromialgiyanın əlamətlərini azaltmaq mümkündür. Müvafiq müalicə üsulu fibromialgiyanın siptomlarının ağırlıq dərəcəsindən asılı olaraq seçilir. Fibromialgiya əzələ və oynaqlarda geridönməz dəyişikliklər yaratmadığından əlilliyə səbəb olmur. Ancaq xroniki ağrı və digər simptomlar xəstənin həyat keyfiyyətinə təsir göstərir. Erkən başlanan müalicə zamanı effekt daha tez əldə olunur. 60 yaşdan sonra fibromialgiya əlamətləri adətən keçib gedir.

 

 

QEYD:

 

Həkim terapevt Nərminə Abbasova Fibromialgiya xəstəliyi olanları müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI