Bu şəxslərə siqaret çəkmək qəti qadağandır

17:21 20-02-2019 | icon 477 | Sağlamlıq
Bu şəxslərə siqaret çəkmək qəti qadağandır

 

Bir çox xərçəng xəstələri diaqnoz qoyulduqdan sonra da siqaret çəkməkdə davam edirlər. Lakin məlum olub ki, siqaret bədənin müqavimət gücünü parçalayır.

 

Versus.Az Azərtac-a istinadən bildirir ki, hazırda və əvvəllər siqaret çəkmiş insanların heç vaxt siqaret çəkməyənlərlə müqayisədə xərçəng diaqnozu müəyyən edildikdən 10 il sonra 40 faizi sağ qalır.

Siqaret çəkənlərin immun sisteminin reaksiyası, xüsusən də söhbət dəri xərçənginə qarşı mübarizədən gedirsə, daha az təsirli fəaliyyət göstərir. Bunu Lids Universiteti müəyyən edib. Alimlərin sözlərinə görə, siqaretçəkmə "immun orkestri"ndə disbalans əmələ gətirir. Melanoma diaqnozu olan 700-dən çox pasiyentin məlumatları üzərində aparılan tədqiqatlar göstərib ki, siqaretçəkənlər 40 faiz az sağalma əmsalına malik olublar.

 

Melanomadan ölənlərin çoxu hazırda və keçmişdə siqaret çəkənlər olub. Düzdür, alimlər xərçəng xəstələrinə hansı miqdarda çəkilən siqaretin təsir edə biləcəyini dəqiqləşdirməyiblər. Lakin bir şey dəqiq məlumdur: siqaret əvvəldən daha güclü immun sistemi olan insanlarda sağalma əmsallarını azaldıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı