Əmrə Mor şəkillərini "like" edən modelə maşın bağışladı
İspaniya La Liqa təmsilçisi "Selta"da əsas heyətdən kənar qalan Türkiyə millisinin üzvü Əmrə Mor eşq həyatına başlayıb.
Versus.Az sportal.az-a istinadən xəbər verir ki, 21 yaşlı heyranı olduğu braziliyalı model Anjelika Perlanın qəlbinə nəhayət, yol tapa bilib.
Ötən günlərdə "instagram"da modeli izləməyə başlayan və fotolarını bəyənən Əmrə qarşılıq görməmişdi. Lakin bir neçə gün sonra Əmrəyə "yaşıl işıq" yandıran Anjelika Əmrənin şəkillərinə "like" qoyub. Bildirişləri görən Əmrə Moru hər şeyi unudaraq, həyəcanlanıb. Xəbərə görə, 21 yaşlı futbolçu 120 min TL dəyərində olan "Mercedes Benz A 180" markalı avtomobili braziliyalı modelə hədiyyə yollayıb. Cütlük tezliklə Avropada görüşəcək.
Versus.Az
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"