“Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dövlətlərə rəsmən XƏBƏRDARLIQ OLUNMALIDIR!

10:25 09-10-2023 | icon 300 | Siyasət
“Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dövlətlərə rəsmən XƏBƏRDARLIQ OLUNMALIDIR!

44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər rəsmi şəkildə iki iqtisadi regiona bölündü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Lakin bəzi dünya ölkələri hələ də separatçıların uydurduğu "Dağlıq Qarabağ" ifadəsini işlədir. Buni isə Azərbaycana qarşı hörmətsizlik kimi qiymətləndirmək olar. 

 

Bəs, Azərbaycan bu ifadənin işlədilməsinin qarşısını almaq üçün hansı addımları ata bilər?
 

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, "Dağlıq Qarabağ" ifadəsi artıq tarixin arxivinə göndərilib:
 

“2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində öz suverən ərazilərini Ermənistanın işğalından azad etməklə "Dağlıq Qarabağ" ifadəsini tarixin arxivinə göndərib. Azərbaycanın suverən əraziləri iqtisadi rayonlara bölünüb. İşağladan azad olunmuş ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayponlarında birləşir. Qarabağın ermənilər yaşayan əraziləri separatçıların nəzarəti altında qaldığı dövrdə bəzi xarici dairələr “Dağlıq Qarabağ” ifadəsini işlətməyə davam edirdilər. Amma 19-20 sentyabr tarixində ordumuz lokal xarakterli antiterror tədbirləri keçirməklə Qarabğda qalmış separçıların və terrorçuların yuvasını darmadağın etdi. Beləliklə, separatçıların nəzarət etdiyi ərazilərdə Azərbaycan dövləti suverənliyini bərpa etdi. Ona görə də bütün beynəlxalq təşkilatlar və dünya birliyi inzibati ərazilərimiz Azərbaycanın təqdim etdiyi toponimlərlə çağırmalıdırlar”.

 

 

Deputatın fikrincə, “ Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin qarşısının alınması üçün vacib addımların atılmasına ehtiyac var:


“Təəsüf ki, Ermənistanın ədalətsiz, beynəlxalq hüquqdan uzaq və düşmən mövqeyini dəstəkləyən bəzi dairələr hələ də “Dağlıq Qarabağ” ifadəsindən istifadə edirlər. Bunun qarşısının alınması üçün vacib tədbirlər görülməlidir. Bu tədbirlərin sırasında ölkəmizlə diplomatik əlaqələri olan bütün dövlətlərə "Dağlıq Qarabağ" adında bir ərazimizin artıq olmadığını və azad edilmiş bu ərazilərin Qarabağ iqtisadi rayonu olduğunu bildirməli, onları məlumatlandırmalıyıq. Ərazilərimzlə bağlı açıqlamalarda bu məsələyə diqqət etmələrini deməliyik. Bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT və Avropa Parlamentinə də bu istəqamətdə məktublar göndərilməlidir. "Dağlıq Qarabağ" deyilən bir inzibati ərazimiz yoxdur. Bu terminin işlədilməsi beynəlxalq hüququn pozulmasıdır. Hamı Qarabağ ifadəsini işlətməlidir. Hansı ölkə bizim iradəmizə əks gedirsə, o ölkələrlə münasibətlərə yenidən baxıla bilər".

 

Milli Məclisin deputatı Vüqar İskəndərov da Azərbaycanda “Dağlıq Qarabağ” ərazi vahidinin olmadığını və bu ifadəni işlədənlərin qərəzli mövqe tutduğunu vurğulayıb:


“Azərbaycan 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri ilə Qarabağda ərazi bütövlüyünü və suverenliyini təmin edib. Ölkə başçısının sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılamsı ilə “Dağlıq Qarabağ” və digər ifadələr sıradan çıxarılıb. Təəssüf ki, hələ də Rusiyanın televiya və  informasiya portallarında, hətta Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin bəyanatlarında qərəzli şəkildə bu ifadədən istifadə olunur. Yalnız Rusiyada yox, digər ölkələrdə də belə məsələlər var”.

 

 

Vüqar İskəndərov söyləyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ərazi vahidi ilə bağlı bütün dünyaya məktub  ünvanlamalıdır:


“Məktubda Azərbaycanın ərazi vahidlərinin necə adlandırıldığı dəqiq şəkildə göstərilməlidir.
Qardaş Türkiyə öz adının deyiliş formasını BMT üzvü olan ölkələrə  göndərdi. Yaxud Hollandiya öz adını Niderland kimi dəyişdiyini bütün dövlətlərə məktubla bildirdi. Azərbaycan XİN də işğaldan azad edilmiş bölgənin  Qarabağ iqtisadi rayonu olduğunu dünya dövlətlərinə bəyan etməlidir. "Dağlıq Qarabağ" ifadəsindən istifadəyə bundan sonra da rast gəlinsə, onu səsləndirən, qeyd edən dövlətlərə, təşkilatlara xəbərdarlıq olunmalıdır. Xəbərdarlıqda bildirilməlidir ki, bu hal təkrar olunsa, həmin qurumdan, dövlət orqanından gələn məktublar qanuni sayılmayacaq. Bunun başqa yolu yoxdur. "Dağlıq Qarabağ" ifadəsini işlətmək yalnız qərəzdir və beynəlxalq hüquqa hörmətsizlikdir. Azərbaycanın suveren hüquqlarını pozmağa cəhddir. Bu, hazırda Azərbaycana qarşı bir neçə münasibəti normal olmayan dövlətlərə, qurumlara aiddir. Düşünürük ki, zamanla bu məsələ də öz həllini tapacaq”. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...