"Şəhidlərimiz qaboyla deyil, Quranla yad edilməlidir"

13:54 21-02-2019 | icon 1175 | Cəmiyyət
"Şəhidlərimiz qaboyla deyil, Quranla yad edilməlidir"

Tural İrfan: "Sovet dövrünün ateist təfəkkürünün qalıqlarından birdəfəlik qurtulmalıyıq"

 

 

"Dünyada müsəlman ölkələri müxtəlif əlamətdar günlərdə, müqəddəslərin doğum-mövlud günlərində Quran qiraəti müsabiqələri keçirirlər. Bu həm də həmin şəxsin, şəhidin təbliğatına xidmət edir. Təklif edirəm ki, 20 yanvar, 26 fevral, 31 mart soyqırım tarixlərimizi dünya müsəlmanlarına davamlı çatdırmaq, unudulmağa qoymamaq üçün hər il bu ərəfələrdə Quran müsabiqələri keçirilsin, bütün dünyanın müsəlman ölkələrindən Quran qariləri dəvət edilsin".

 

Bunu Versus.Az-a açıqlamasında AXCP sədr müavini, İlahiyatçı-yazar Tural İrfan bildirib.

 

Tural İrfan qeyd edib ki, oxunan Quranlar şəhidlərimizin ruhuna həvalə edilərək millətimizin başına gətirilən faciələr daha aktiv xatırlansın və təbliğ olunsun, islam qaydalarına uyğun:

 

"20 yanvar faciəsi və Xocalı soyqırımının anım tarixlərində qaboy və klarnet sədaları əvəzinə, milli ənənəmizə uyğun olaraq Qurani kərim sədaları səslənsin. Çünki milli adətimizdə ölünü, şəhidi klarnetlə anmaq, xatırlamaq yoxdur. Bu adət ermənilərdə - xristianlarda mövcuddur. Necə olur ki, həmin şəhidlər Quran tilavəti ilə dəfn edilir, ancaq sonra qaboyla xatırlanır. Hesab edirəm ki, bu Sovet dövrünün ateist təfəkkürünün qalıqlarıdır. Bu qalıqlardan birdəfəlik qurtulmalıyıq".

 

İlahiyyatçı-yazar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə bu məsələni nəzərə almasını təklif edir:

 

"Habelə deputlarlardan, dinə yaxın olduğu üçün xüsusən Fazil bəy Mustafadan da ricam budur ki, bu məsələni milli Məclisdə təklif kimi səsləndirsin. Şəhid qaboyla yad edilməz, şəhid Quranla yad edilər".

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI