Bəzi dairə seçki komissiyalarının tərkibi DƏYİŞDİRİLDİ


Azərbaycanda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Versus.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə olunub.
Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər.
Belə ki, 7 dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.
Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul olunub.
Xəbər lenti

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
"Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"