Keyfiyyətli tədris üçün sinifdə neçə şagird olmalıdır?

14:54 21-02-2019 | icon 1963 | Təhsil
Keyfiyyətli tədris üçün sinifdə neçə şagird olmalıdır?

 

Çoxları interaktiv təlim metodu ilə keyfiyyətli tədrisin sinifdə şagird sayından da asılı olduğunu düşünürlər. Açıqlamasında sinifdə çox şagird olduğunu, bütün uşaqlara dərsi mənimsətməyin mümkünsüz olduğunu deyən müəllimlər də az deyil.

 

Versus.Az xəbər verir ki, Ümumtəhsil Müəssisəsinin Nümunəvi Nizamnaməsində məktəbəhazırlıq qrupundan tutmuş, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin sayına qədər qeyd edilib.

Nizamnaməyə əsasən, ucqar yerlərdə şagird sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli fəaliyyətinə icazə verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən isə komplekt siniflər təşkil olunur.

Nizamnaməyə əsasən, məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

-Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

-Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

Bundan əlavə, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Uşaqların sayı 10-dan az olduqda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılır.

Ümumtəhsil məktəblərində isə sinifdə şagird sayı 20 nəfərdən az olmamalıdır. Bir sinifdə şagird sayı 20-ə çatmadıqda, mövcud sayla sinif təşkil olunmasına icazə verilir.

Sinifdə şagird sayı 30-dan çox olduqda və ya otağın ölçüsü bu  qədər şagirdlərin bir sinifdə tədrisinə imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Tədris ilinin birinci yarısında hər hansı səbəbdən şagird sayı azaldıqda və ya artdıqda, siniflər birləşdirilir və ya paralel sinif təşkil edilir.

Qeyd edək ki, nizamnaməyə əsasən, məktəbə ilk olaraq onun yerləşdiyi ərazidə yaşayanlar qəbul olunurlar. Xüsusi proqram ilə təhsil verən məktəblər isə istisna təşkil edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI