Metrodan istifadə edənlər, xəbər var

16:53 21-02-2019 | icon 597 | İqtisadiyyat
Metrodan istifadə edənlər, xəbər var

2019-cu il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Versus.Az-a bildirib ki, bununla əlaqədar ötən il dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparılaraq, yekun nəticə kimi, ən sərfəli, səmərəli və “Bakı Metropoliteni”nin bütün tələblərini nəzərə alan variant seçilməklə, Rusiyanın “Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanılıb.

 

Həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində “Ventprom”un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib.

 

“Bakı Metropoliteni” QSC nümayəndəsinin tələbi ilə sınaq prosesi ventilyatorun qarşısında tuneli imitasiya edən aerodinamik boru quraşdırılaraq, qurğunun bütün texniki parametrləri yoxlanılmaqla aparılıb.
Sınaqdan əvvəl isə idarəetmə lövhələrinin elementləri, avtomatik idarə sistemi, bütün nəzarət-məlumat ötürücüləri yoxlanılıb. Qurğuların istehsal texnologiyası, komplektləşdirici materialların keyfiyyəti analiz edilib. Yoxlamalar və aparılan sınaq prosesi sifarişçinin təqdim etdiyi texniki şərtlərin yerinə yetirildiyini təsdiq edib.

 

Ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri “Bakı Metropoliteni”nin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Bu ventilyatorlar istismardan çıxarılan avadanlıqlarla müqayisədə quraşdırılacağı tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Əvvəlki avadanlıqlar 20-30 kubmetr/saniyə məhsuldarlıqla işləyirdisə, yeni avadanlıqların havalandırma imkanı 60-70 kubmetr/saniyədir.

 

Məhsuldarlığı ilə yanaşı, yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir.

 

Bununla yanaşı, 2019-cu ildə daha bir mühüm addım atılaraq, tunel və stansiyaların təbii havalandırılması istiqamətində də yeni layihəyə start veriləcək. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının “Bakı Metropoliteni”ndə tətbiqi imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bu monitorinqin nəticəsində yekun qərarlar veriləcək və 2019-cu ildən bu istiqamətdə də əhəmiyyətli addımlar atılacaq.

 

2018-ci ilin mart ayında “Bakı Metropoliteni” QSC-də tarixi addım atılaraq, ventilyatorların iş qrafiki dəyişdirilib və tam yeni əsaslarla qurulub. Həmin vaxta qədər ventilyatorların iş qrafiki il ərzində iki dəfə - aprel və noyabr aylarında dəyişdirilirdisə, 2018-ci ildən mövsümi qrafiklərin tətbiqinə başlanılıb. Nəticədə ilin isti günlərində stansiyalarda, tunellərdə hərarətin 1-3 dərəcə aşağı salınmasına nail olunub. Qrafikin yeni əsaslara keçidi ilə yanaşı, davamlı olaraq, stansiya və tunellərdə mikroiqlim şəraitinin bir neçə aspektdən (havanın hərarəti, oksigenin miqdarı, rütubət göstəriciləri, havanın axın istiqamətləri) monitorinqləri aparılaraq, yeni qrafikin təhlil olunur. Təkcə onu qeyd etmək olar ki, ölçmələr hər stansiyanın 15-20 nöqtəsində aparılır.

Bir sözlə, müqayisəli təhlillər də gələcəkdə bu istiqamətdə aparılan işin səmərəsini, keyfiyyətini artıracaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür