Vaşinqtonda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb

15:10 22-02-2019 | icon 86 | Gündəm
Vaşinqtonda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb

Vaşinqtonda Qadınların Milli Demokratiya Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib. Mərkəzin yerləşdiyi tarixi “Uittemor” binası XIX əsrin sonlarında ABŞ paytaxtının mərkəzində tikilib və 2000-ci ildən muzey kimi fəaliyyət göstərir.

 

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Versus.Az-a verilən məlumata görə, konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti, bir çox beynəlxalq müsabiqələrin laureatı, Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı pianoçu Nərgiz Əliyarova və azərbaycanlı gənc istedad, hazırda ABŞ-ın Pensilvaniya ştatında doktorantura pilləsində təhsil alan, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ və digər ölkələrdə keçirilən festivalların qalibi olmuş skripkaçı Azər Dəmirov ifa ediblər.

 

Tədbirdə iştirak edən çoxsaylı qonaqlar arasında Vaşinqtonda akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqtonda və onun ətrafında yaşayan soydaşlarımız olub.

 

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov konsertdən əvvəl çıxış edərək 27 il bundan öncə törədilmiş Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən faciəvi səhifəsi olduğunu deyib. O, bu faciənin beynəlxalq humanitar təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəminində törədilmiş ən böyük qətliam kimi qiymətləndirildiyini qeyd edib. Səfir Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal altında qalmasına və 1 milyondan çox insanın öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, ölkəmizin bu gün durmadan inkişaf etdiyini və didərgin düşmüş, o cümlədən Xocalı faciəsindən qurtulmuş insanlara hər cür şərait yaratdığını vurğulayıb. Diplomat bunun Azərbaycan dövlətinin gücünün, ölkə rəhbərliyinin strateji düşüncəsinin və Azərbaycan xalqının müdrikliyinin və əzmkarlığının nəticəsi olduğunu bildirib.

 

Səfir musiqinin Qarabağın ən əsas simvollarından biri olmasından bəhs edib və tədbirdə ifa ediləcək bir sıra musiqilərin müəllifi olan Qara Qarayev və Arif Məlikovun məhz Qarabağ musiqisindən bəhrələndiyini bildirib.

 

Elin Süleymanov Azərbaycan xalqının həmişə olduğu kimi, bu gün də sülhə hazır olduğunu və gələcəyə inamla baxdığını qeyd edib. O, Ermənistan rəhbərliyinin öz xalqının gələcəyini düşünməli olduğunu və əhalisinin rifahı üçün sülh yolunu seçməsinin vacibliyini vurğulayıb. Səfir öz torpaqlarından didərgin düşmüş əhalinin heç şübhəsiz gec-tez doğma yurdlarına qayıdacaqlarını və Azərbaycan musiqisinin hazırda işğal altında olan torpaqlarımızda ifa ediləcəyini əminliklə bildirib.

 

E.Süleymanov Azərbaycan dövləti və xalqının tarixboyu qonşu dövlətlərlə dinc yanaşı yaşadığını önə çəkərək gələcəkdə də Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin daim sülhün tərəfdarı olduğunu və qarşı tərəfdən də eyni yanaşmanın gözlənildiyini vurğulayıb.

 

Daha sonra konsert proqramı çərçivəsində tanınmış dünya və Azərbaycan bəstəkarlarının musiqiləri, o cümlədən “Monoloq” (Arif Məlikov), “Siciliana” (Giovanni Battista Perqolesi), “Yeddi gözəl” baletinin “Ən gözəl gözəl” parçası (Qara Qarayev), “Nocturne C” (Frederik Şopin), “Qəmhin vals” (Aqşin Əlizadə), “Eleci” (Sergey Raxmaninov), “Vətən balladası” (Faiq Sücəddinov) kimi əsərlər səsləndirilib.

 

Konsertdə ifa olunan əsərlər tədbirdə iştirak edən qonaqlar tərəfindən böyük maraqla dinlənilib. Faiq Sücəddinovun Vətən balladası qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həmin ifadan sonra pianoçu Nərgiz Əliyarova çıxış edərək bu musiqinin bir gün məhz bütöv Vətənin bir hissəsi olaraq Qarabağda ifa olunmasını arzu etdiyini bildirib. Daha sonra qonaqların xahişi ilə gənc skripka ifaçısı Azər Dəmirov dahi Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ifa edib.

Tədbirin sonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Xəbər lenti

"Əsirlikdə qalan Laçınım"

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masa...

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

Bakıda Atatürkü anma, idman və gənclik bayramı münasibətilə tədbir keçirilib

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə