"Azərbaycanın Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları ilə təc­hiz olunub"

16:07 22-02-2019 | icon 339 | Siyasət
"Azərbaycanın Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları ilə təc­hiz olunub"

"Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sur­satla təc­hiz olunub, istənilən döyüş tap­şı­rıqlarını uğurla yerinə yetir­mə­yə qadir hərbi qurumdur".

 

Dövlət Sərhəd Xidmətindən Versus.Az-a verilən məlumata görə, bunu xidmətin rəisi general-polkovnik Elçin Quliyev Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasi­mində deyib.

O qeyd edib ki, qısa müddət ərzin­də Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sa­hil Mü­hafizəsinin, Sərhəd Nəzarətinin forma­laş­dırılması və nü­mu­­nəvi hərbi birləşmə səviy­yə­sinə yüksəl­dil­məsi əldə olunan ən ciddi nailiyyətlərdəndir:

 

"2016-cı ilin aprelində əks-hücum əməliyyatı za­ma­nı düşmənin müdafiə xət­tinin, döyüş mövqelərinin, disloka­si­ya yer­lərinin, ko­man­da-da­yaq mən­­­təqələrinin, qərargahlarının dar­ma­­dağın edil­mə­si za­manı ke­çi­ril­ən uğurlu əməliyyatlar düşməni döyüş əməliyyat­la­rını da­yan­dır­masına məcbur etdi və bu qələbənin əldə olun­masına Azər­baycan sərhədçisi öz ciddi töhfəsini verdi.

Ötən ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qa­zax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xət­tində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təh­vil alın­ması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata ke­çi­rilməsi əm­rini almağımız hər birimizə qürur hiss­ləri yaşadıb, Azər­­baycan Res­publikasının Prezi­denti Si­lahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azər­bay­can sərhədçisinə etibar və etimadının növbəti ifadəsi olmuşdur.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam müha­fizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviy­yədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olunub, yaxın müddətdə sərhəd döyüş məntə­qələrində yüksək stan­dartlara cavab verən xidməti və məişət şərai­tinin təmin edilməsi işləri tam yekunlaşdırılacaq.

Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzm­karlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsiz və hüdud­suzdur!

Əminəm ki, ən yaxın müddətdə Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altın­da işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edi­lə­cəkdir!

Əminəm ki, düş­mən üzə­rində son qələbənin əldə olunmasın­da Azərbaycan sər­həd­çisi şərəflə iştirak edəcək, döyüş tapşırıqla­rını uğurla, qalibiyyətlə icra edəcəkdir!

Əminəm ki, ötən ilin 15 iyununda bu hərbi hissədə başla­maqla çiyinlərimizdə “Zəfərə doğru” daşıdığımız müzəffər bayra­ğımızı Xan­kəndində, Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda, Qubad­lıda, Ağ­damda, Laçında, Kəlbəcərdə dalğalandıracaq, döv­lət sərhədlə­rimizin bütövlüyünü təmin edəcəyik!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin