"ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır"

17:05 22-02-2019 | icon 358 | Siyasət
"ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır"

ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır.

 

Versus.Az xəbər verir ki, bunu Vyanada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında Milli Məclisin üzvü, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib:

 

“Biz təəssüflə ATƏT-in fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqətin olmamasını qeyd edirik. Regionda qaçqın və məcburi köçkünlərin vəziyyətinin getdikcə ağırlaşdığı dövrdə münaqişədən sonra bərpa dövrünün bu vacib aspektinin təşkilatın fəaliyyətində yer almaması başa düşülmür”.

 

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, ATƏT-in mövcud sənəd və qərarlarına müvafiq olaraq təşkilat münaqişələrin nizamlanmasında, eləcə də münaqişələrin qarşısının alınmasında, böhranların nizamlanmasında və münaqişədən sonrakı bərpa dövründə əsas vasitədir:

“Bu elementlərdən hər biri ATƏT-in münaqişə sikli konsepsiyasının ayrılmaz hissəsidir. Vasitəçilik ATƏT-in vacib fəaliyyət elementidir. Bu fəaliyyət beynəlxalq hüquq norma və prinsiplərinə, neytrallıq, qərəzsizlik, razılaşdırılmış mandata riayət olunması prinsiplərinə uyğun həyata keçirilməlidir”.

 

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakına gəlincə, B.Muradova vurğulayıb ki, 1999-cu ildə ATƏT Nazirlər Şurasının iclasında qəbul edilmiş qərara əsasən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən edilib:

“Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra hər iki icma bərabərhüquqlu şəkildə müzakirələrdə iştirak edə biləcəklər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür