ALDP də Qarabağ Komitəsində fəaliyyətini dayandırdı

12:05 23-02-2019 | icon 538 | Siyasət
ALDP də Qarabağ Komitəsində fəaliyyətini dayandırdı

Fuad Əliyev: “Bizim Qarabağ Komitəsində qalmağımız məntiqsiz olardı”

 

 

Güya Azərbaycan Xalq Hərəkatı kimlərəsə alternativ yaranıb. Bir daha qeyd etmək istəyirəm ki, Hərəkat müxalifətdə olan heç bir qüvvəyə alternativ deyil və niyə də olsun?! Bizim amalımız birdir – Azərbaycanda demokratiyanın bərqərar olması, demokratik cəmiyyətin qurulması”.

 

Bunu Versus.Az-a Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü, ALDP sədri Fuad Əliyev son vaxtlar AXH ətrafında dolaşan söz-söhbətlər, eləcə də Qarabağ Komitəsi ilə Hərəkat arasında baş verən intriqalarla bağlı açıqlamasında bildirib.

 

Partiya sədri bildirib ki, müxalifət partiyalarının əksəriyyəti AXH üzvləridir və AXH-dən kənarda qalan 2-3 partiyanın Hərəkata qarşı tənqidi fikirlər söyləməsinə rast gəlməyib. Onun sözlərinə görə, müxalifətin sözügedən yeni qururmları ilə bağlı “tənqidi” fikirləri hakimiyyətə yaxın media yayır.

 

Fuad Əliyev AXH-də yeni bir Qarabağ Komitəsinin yaranmasını və bunun da öz növbəsində digər Qarabağ Komitəsinə alternativ kimi qələmə verilməsinin əks tərəfdə qısqanclıqla qarşılanması ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“Dostlarımız bunu belə qəbul etdilər. Amma AXH-nin Qarabağ Komitəsi QAT-ın Qarabağ Komitəsinə alternativ kimi ortaya çıxarılmayıb. Qarabağ Komitəsi AXH-nin strukturlarından biridir. Hərəkatda bundan başqa Hüquq, Sosial və Beynəlxalq əlaqələr Komitələri də yaradılıb. Qarabağ Komitəsi də sonuncu yaranan Komitədir. O ki, qaldı dostlarımızın iştrak etdiyi Qarabağ Komitəsinə, bizim partiya da oranın üzvü olub. Biz hesab etdik ki, əgər AXH-də varıqsa və orada Qarabağ Komitəsi adında qurum yaranıbsa, bizim Qarabağ Komitəsində qalmağımız məntiqsiz olar”. 


ALDP sədri partiyanın Qarabağ Komitəsindən istefa verib AXH-nin yaratdığı Qarabağ Komitəsinə üzv olması ilə bağlı fikirlərə də aydınlıq gətirirb:


“Birincisi, biz AXH Qarabağ Komitəsinə üzv olmamışıq. AXH-yə üzv olduğumuza görə avtomatik olaraq həm də Komitənin üzvü oluruq. İkincisi, məncə burda “istefa” sözü yerində işlənmir. Sadəcə olaraq birincidə öz fəaliyyətimizi dayandırıb, bu Komitədə davam etdiririk”.


Qarabağ Komitəsi üzərində keçirilən bu “əməliyyatın” onun dağıdılmasına yönəlməsinə gəlincə, F.Əliyev bunu cəfəngiyyat adlandırıb:

 

“Hər bir təşkilatda fikir ayrılığı ola bilər. Problemlərin həlli yolları müzakirə ediləndə müxtəlif baxışlar ortaya çıxır. Bu normal bir haldır. Məsələn, hörmətli Akif müəllimin rəhbərlik etdiyi QAT-ın Qarabağ Komitəsindən qabaq verdiyi qərarlar daha cəsarətli olub. QAT Komitənin üzvü olmayanda icazəsiz piketlər və aksiyalar keçirirdilər. Özü və üzvləri həbs olunurdu. İndi isə məcburdu ki, çoxluğun verdiyi qərara tabe olsun. Bu da normaldır, azlıq çoxluğun verdiyi qərara tabe olmalıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı