Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir.

 
 

Doktorantura təhsili ali təhsilin ən yüksək səviyyəsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

 
Bu təhsil səviyyəsi müvafiq elmi dərə­cə­lərin (elm sahələri göstəril­məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.
 
Versus.Az azedu.az-a istinadən Elmlər doktoru üzrə doktorantura hazırlığı barədə məlumatları təqdim edir:
 
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, funda­mental tədqiqatları yüksək səviyyədə aparan və "Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qə­bul edilirlər.
 
Doktoranturaya qəbul üçün hansı sənədlər lazımdır?
 
- ərizə (doktoranturanın fəaliy­yət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı­na);
 
kadrların şəxsi-qeydiyyat vərəqi;
 
tərcümeyi-hal;
 
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
 
iş yerindən xasiyyətnamə;
 
- əmək kitabçasından çıxarış;
 
çap olunmuş elmi işlərin siyahısı;
 
- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi dərəcəsi diplo­munun müvafiq qaydada təsdiq edilmiş surəti;
 
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
 
Ali təhsil müəssisəsinin, elmi təşkilatın elmi şurası «Elmlər doktoru» elmi dərəcəsinə iddiaçı haqqında müvafiq şöbə, bölmə, ka­fedra və ya laborato­ri­yanın təqdimatı əsasında dok­to­ran­tu­raya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi haqqında qə­rar qəbul edir. Həmin qərar ali təh­sil müəssisələrinin və elmi təşkilatların fəaliyyətini tənzim­lə­yən Nizamna­məyə uyğun olaraq rəsmiləş­di­rilir.
 
Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.
 
Elmi məsləhətçilərlə bağlı müddəalar hansılardır?
 
-Zəruri hallarda doktorantlar aparıcı elmi mərkəzlərə ezam oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
 
Qeyd edək ki, doktorantlar hər il ali təhsil müəssisəsi və elmi təşkilatın elmi şurasına fərdi iş planının yerinə yetirilməsi haq­qında he­sa­bat verir və həmin hesabat əsasında onun doktoran­tu­rada təhsilini davam etdirməsi ba­rədə qərar qəbul olunur. Təhsil müddəti ərzində dissertasiya işi başa çat­malı, müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etmə­­lidir. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir.
 
 
 
Versus.Az