Yevlax sakini müasir silahın sxemini hazırladı
23:58 23-02-2019
|
450 |
Maraqlı
48 yaşlı mühəndis müasir silahın sxemini hazırladı.
Versus.Az xəbər verir ki, Yevlaxın Aşağı Qarxun kənd sakini Vüqar Abdullayev uzun illərdir üzərində çalışdığı ixtiranın sxemini tamamlıyıb. Hərbi Optik Lazer adlanan qurğu 2 nəsildən ibarətdir. Rayon sakininin hazırladığı silah 5 kilometrlik məsafədən canlını və texnikanı məhvetmə gücünə malikdir.
Vüqar Abdullayevin iddiasına görə, bir sıra özəllikləri ilə seçiləcək yeni silah dünyada bir ilkdir.
35-50 kq çəkiyə malik olacaq yeni silah hərbi texnikalara quraşdırılmaqla yanaşı, iki əsgər tərəfindən də rahat hərəkət etdiriləcək. Vüqar Abdullayev nanotexnologiya əsasında ərsəyə gələcək silahın hazırlanması üçün maddi dəstəyə ehtiyac olduğunu deyir.
Vüqar Abdullayev hazırladığı silah sxemini Milli Elmlər Akademiyasına və digər adiyyəti qurumlara da təqdim edib.
Versus.Az
Xəbər lenti
Klipi üçün 10 kilo çəki atdı
Pərviz Mahmudov "Vurulmuşam" dedi